Region
Türkiyə Ukrayna donanması üçün ilk korveti SUYA BURAXDI - FOTO
Türkiyə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri üçün Ada tipli ilk korveti suya buraxıb.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
“Oktyabrın 2-də İstanbulda, İstanbul Dəniz Gəmi Təmiri Zavodunun hərbi gəmiqayırma zavodunda Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin sifarişi ilə inşa edilən ilk Ada MİLGEM korvetinin suya buraxılması mərasimi keçirilib", - hesabatda deyilir.
Qeyd olunur ki, "Hetman İvan Mazepa" adlı hərbi gəminin suya buraxılması mərasimində Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Oleksiy Neyjpapa iştirak edib.
O bildirib ki, gəminin suya buraxılması mühüm hadisədir və bu, müstəqillik və ərazi bütövlüyü uğrunda gedən müharibə şəraitində Türkiyə Respublikasının Ukraynanın dostu olduğunu göstərir.
Xatırladaq ki, 2021-ci ilin sentyabrında Türkiyədə Ukrayna Hərbi Dəniz Qüvvələri üçün korvet sinifli gəminin inşası başlayıb.
Hüseyn İbadlı
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
















.jpg)




















.jpg)

.jpg)