Region
Dağıstan Çeçenistana birləşir? – Rusiyanın Qafqazla bağlı Kadırov PLANI
Dağıstan Konstitusiyasına dəyişiklik qəbul olundu. Dəyişiklikdə əsas, həm də ictimai narazılıq yaradan məqam Dağıstan rəhbərinin respublikanın ərazi bütövlüyünə cavadeh olmaq hüququnun əsas qanunla aradan qaldırılmasıdır. Respublikada ictimai-siyasi fəllar və müxtəlif xalqların təmsilçiləri bunun respublikanın parçalanması ilə nəticələnəcəyini düşünürlər.
Şimali Qafqaz üzrə ekspert Müqədds Mehdiyev Publika.az-a açıqlamasında baş verənləri şərh edib.
Ekspert bildirib ki, dağıstanlıları narahat edən məsələ respublikanın Çeçenistana birləşdirilməsi qorxusudur: “Mahaçqaladakı mənbələrim mənə bildirirlər ki, planın arxasında Rusiya prezidenti Vladimir Putinin ən etibarlı dostu Ramzan Kadırov durur. Məhz onun təşəbbüsü ilə bir müddət öncə Dağıstanın başçısı Sergey Melikova iki nəfər çeçen köməkçi təyin edilib. Ardınca isə Konstitusiya layihəsinə qeyd olunan müddəa salınıb. Yeni sənədlə bağlı dinləmələrə respublikanın ictimai-siyasi fəalları və mətbuat nümayəndələri buraxılmayıb”.
M.Mehdiyev dəyişikliyin səbəb olacağı nəticələrdən də danışıb.
“Putin Ramzan Kadırova çox güvənir. Rusiya - Ukrayna müharibəsində hamımız bunun şahidiyik. Cənab Putin onu öz müdafiə naziri Sergey Şoyqudan və bir çox generallarından da üstün tutur. Kadırovu general- polkovnik və Kremldə söz sahibi edib. Görünür, rəsmi Kreml Qafqaz layihəsini işə salmaq istəyir və baş rolda da yalnız Kadırovu görür. Məhz bu adamla bütün Qafqazı təhdid altında saxlamaq fikrinə düşüb. Artıq Şimali Qafqazda Qafqaz Konfederasiyası haqqında danışmağa başlayıblar. Alınacaqmı? Çətin sualdır. Çünki hansı gedişlər ediləcəyini proqnozlaşdırmaq asan deyil. Amma planın gerçəkləşdirilməsi də çox müşkül görünür. Əvvəla, Şimali Qafqazın ən böyük respublikası olan Dağıstanla Çeçenistan arasında illərdir ki, ərazi münaqişəsi davam edir. İllər öncə çeçenlərlə inquşlar arasında insan tələfatı ilə nəticələnən ciddi toqquşmalar olub və indinin özündə də vaxtaşırı gərginliklər yaşanır. Bu iki respublikanı Kadırovun çətiri altına gətirmək asan olmayacaq. Şimali Qafqazın digər respublikaları arasında da konfliktlər mövcuddur. Belədə bir yol qalır. Öz respublikasında yarısı şəriətə və dini ideologiyaya söykənən idarəçilik həyata keçirən Kadırov, dağıstanlıları İslam bayrağı altına səsləyə bilər. Moskva üçün isə nə fərqi? Axı çeçen lideri məhz islami şüarlara söykənərək Ukrayna ilə müharibəyə girdi. Belədə, Şimali Qafqazda cırtdan adlandırdığı respublikalar nəyinə lazımdır? Əvvəl Qafqaz Konfederasiyası planının şimal xəritəsini, sonra isə cənub xəritəsini cızaraq, vahid şəkildə Rusiyaya qoşmaq planının olması istisna deyil”, - ekspert vurğulayıb.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?


























.jpg)
.jpg)






