Region
Ermənistanın yeni oyunu - Rusiyanı şantaj edir, Qərbə mesaj verir ki...
İrəvan rəsmiləri ilk dəfə yüksək səviyyədə bildirib ki, ölkənin strateji müttəfiqi Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə məcbur edir.
Mövzu ilə bağlı politoloq İlqar Vəlizadə Publika.az-a açıqlamasında bildirib ki, Ermənistan çalışır ki, qərb tərəfindən yardımla təmin olunsun. Bu məqsədlə yeri gəldikdə süni ajiotaj yaradılır: “Heç kəsə sirr deyil ki, Ermənistan tərəfi, indiki hakimiyyət qərbyönümlü siyasət yürütməyə çalışır. Onlar bəzi açıqlamaları ilə Qərbin dəstəyini qazanmaq niyyətindədir. Bu gün ki, Ermənistan hakimiyyətinin əsas məqsədi Rusiyanı regionda əvəz etmək və Qərbin əli ilə ənənəvi siyasəti davam etdirməkdir. Ənənəvi siyasət isə Qarabağ mövzusunu gündəmdə saxlamaqla Azərbaycana təzyiq göstərmək və regionda öz nüfuzunu qorumaqdan ibarətdir.”
Politoloq qeyd edib ki, Qərbin bəzi siyasətçiləri Laçın dəhlizində yaranmış süni gərginlik ətrafında açıqlamalar verməklə, bəyan edirlər ki, Ermənistanın mövqeyi onlar üçün əsasdır.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın birbaşa efirində bildirib ki, Azərbaycanın sentyabrın 13-də Ermənistanın suveren ərazisinə "müdaxiləsi", eləcə də Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin bağlanması Rusiyanın Ermənistana təzyiqi çərçivəsində inkişaf edir.
İ.Vəlizadənin sözlərinə görə, Rusiyanın Ermənistana təzyiq göstərməsi tamamilə həqiqətdən uzaqdır. Politoloq hesab edir ki, hər hansı bir təzyiq olsaydı, o zaman Zəngəzur dəhlizi Azərbaycana çoxdan “verilmişdi”.
“ Heç şübhə yoxdur ki, bu, Ermənistanın növbəti oyunlarından biridir. Bu oyunla dünyaya, əsasən də Qərbə demək istəyirlər ki, “ baxın, biz Rusiya siyasətinə və nüfuzuna qarşı tab gətirməklə məşğuluq və müqavimət göstəririk”. Beləliklə onlar Qərbdən dəstək gözləyirlər”,- o deyib.
Armen Qriqoryan həm də onu deyib ki, Ermənistanı formalaşmaqda olan Rusiya-Belarus birliyinə qoşulmağa məcbur edirlər.
Politoloq hesab edir ki, Ermənistan nə Rusiya, nə də Belarus üçün əhəmiyyət daşımır. Bir halda ki, hər iki ölkənin də başı öz işlərinə qarışıb.
“ İnandırıcı deyil ki, sözügedən dövlətlər müxtəlif siyasətlə qarşı tərəfi öz birliklərinə qoşulmağa məcbur etsinlər”.
Ayşən Rəhim

-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


