Region
Son 500 ilin ən güclü zəlzələsi: Dəfələrlə xəbərdarlıq edib ki... - Video
Mütəxəssislər fevralın 6-da səhər saatlarında Türkiyənin Qəhrəmanmaraş vilayətində baş verən zəlzələnin gücünə münasibət bildiriblər.
Publika.az xəbər verir ki, Türkiyənin "Cümhuriyyət" qəzetinin məlumatına görə, türkiyəli seysmoloq Naci Görur bildirib ki, son 500 ildə bölgədə belə güclü təkan olmayıb. O vurğulayıb ki, gözlənilən güclü zəlzələ ilə bağlı dəfələrlə xəbərdarlıq edib, lakin insanlar buna məhəl qoymayıblar.
Onun sözlərinə görə, güclü təkanlar ola bilər, ona görə də qəzalı evlərdə yaşayanlar onları tərk etməlidir.
Qeyd edək ki, Türkiyənin Qəhrəmanmaraş vilayətində saat 04.17-də 7,4 bal gücündə zəlzələ baş verib və bir sıra şəhərlərdə dağıntılara səbəb olub.
Suriyanın bir neçə bölgəsində də dağıntılar olduğu bildirilir və zəlzələ Livanın paytaxtı Beyrutda da hiss olunub. Türkiyədə baş verən zəlzələdən sonra 284 nəfər ölüb, 2383 nəfər yaralanıb.
Ayşən
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO


































.jpg)

.jpg)