Region
Türkiyə bu qızdan danışır – Gülhanədə tibb oxudu, zəlzələ xəbərini eşidən kimi... - FOTO
Türkiyənin 10 vilayətində baş verən zəlzələlərdən sonra Türkiyəyə gələn xarici axtarış-xilasetmə qrupları arasında Albaniya komandası da var. 80 nəfərlik komandanın 5-i qadın həkimlərdən ibarətdir.
Publika.az xəbər verir ki, Türkiyədə axtarış-xilasetmə işlərində könüllü iştirak edən həkimlərdən 4-ü Türkiyədə təhsil alıb.
Onlardan biri də Gülhanə Tibb Fakültəsinin məzunu, hərbçi atanın qızı tibb leytenantı Dajana Zenelajdır. Türkiyəni ikinci vətəni kimi gördüyünü deyən Zenelaj Türkiyəyə xilasedicilərin gedəcəyini eşidən kimi dərhal adını yazdırıb.

“Türk dilini ibtidai məktəbin 5-ci sinfindən bilirdim. Atam zabit olduğundan Türkiyə ilə daimi əlaqəm olub. 2021-ci ildə Gülhanə Tibb Fakültəsindən hərbi həkim kimi məzun oldum. Biz Türkiyəyə belə gəlmək istəmirdik, amma zəlzələ xəbərini eşidən kimi öz istəyimizlə gəldik. Biz Türkiyə üçün hər şeyi edirik. Heç düşünmədən könüllü olaraq gəldik. Çox böyük zəlzələdir”, Zenelaj qeyd edib.
Daha əvvəl Türkiyəyə getmədiyini, ancaq bu vəzifə üçün könüllü gəldiyini deyən tibb leytenantı Arjeta bunları söyləyib “Çox böyük zəlzələdir. Mən əvvəllər Türkiyəyə gəlməmişdim. Bura ilk dəfə gəldiyim üçün üzr istəyirəm. Kaş ki, dağıntılar altından daha çox canlı çıxara biləydik”.
Akqabay
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
















.jpg)




















.jpg)

.jpg)