Region
Mariupol həqiqətini deyən rusiyalı jurnalistə hökm oxundu
Rusiyalı jurnalist Mariya Ponomarenko 6 il müddətinə azadlıqdan məhrum edilib.
Publika.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, o , silahlı qüvvələr haqqında "saxta" işdə təqsirli bilinib. Ponomarenko Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsi (Rusiya Federasiyası Silahlı Qüvvələrinin və Rusiya Federasiyasının dövlət orqanlarının öz səlahiyyətlərini həyata keçirməsi haqqında qəsdən yalan məlumatın açıq şəkildə yayılması) ilə ittiham olunub. Jurnalist özünü təqsirli bilməyib.
2022-ci ilin martında Ponomarenko özünün Telegram kanalında Rusiya hərbçilərinin Mariupol Dram Teatrına hava hücumu təşkil etdiyi barədə xəbər yayımlayıb. Rusiya Müdafiə Nazirliyi bildirib ki, hərbçilər teatra zərbə endirməyib və teatrı hədəf hesab etmir, çünki orada mülki şəxslər girov saxlanıla bilər. Departament partlayışda Ukrayna hərbçilərini günahlandırıb.
Ayşən
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO



































.jpg)

.jpg)