Region
“KXDR-də raket istəyirsiniz?”: Medvedev Cənubi Koreyanı hədələdi
"Daha bir ölkə özünü Rusiyanın düşməni kimi təqdim edir - Cənubi Koreya Ukraynaya silahla kömək etməyə hazır olduğunu bildirib".
Publika.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Medvedev buna cavab olaraq Rusiyanın ən yeni silahlarını KXDR-ə yerləşdirməklə hədələyib.
“Cənubi Koreya prezidenti Yun Sok Yeol deyib ki, prinsipcə, bu dövlət Kiyev rejimini silahla təchiz etməyə hazırdır. Üstəlik, yaxın vaxtlara qədər cənubi koreyalılar həvəslə əmin edirdilər ki, Kiyevə öldürücü silahların verilməsi ehtimalı tamamilə istisna edilir”, - Medvedev Teleqramda yazıb.
Siyasətçi bildirib ki, Rusiya hakimiyyətin bu qərarı necə qiymətləndirdiyini Cənubi Koreya sakinləri görəcəklər.
"Rusiya öz sərhədləri yaxınlığında ən son silahları KXDR ərazisində yerləşdirəndə, onlar biləcək".
Ayşən
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
















.jpg)




















.jpg)

.jpg)