Region
Bu gün nüvə partlayışı baş verə bilər? - Azərbaycan da təhlükədə
Rusiya Zaporojye Atom Elektrik Stansiyasındakı hərbi qüvvələrin çıxarılması təlimatını verib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Kəşfiyyatı məlumat yayıb.
Məlumata görə, stansiyadan ilk çıxanlar Rusiyanın dövlət nüvə agentliyi olan “Rosatom”un üç mütəxəssi olub. “Rosatom”la müqavilə imzalayan Ukrayna personalına da stansiyanı 5 iyula qədər tərk etmək tövsiyə edilib.
Bununla yanaşı, AES-in yaxınlığındakı Enerhodar şəhərindəki hərbi qüvvələrin də getdikcə azaldığı deyilir. Rəsmi Kiyev Rusiyanın Zaporojye AES-ə hücum edəcəyini iddia edir, Moskva isə bu iddiaları təkzib edir.
Dünyada 10 ən böyük AES-dən biri olan Zaporojyedə partlayış olarsa, radiasiya dalğası Ukrayna ilə yanaşı, Rusiya, Moldova, Belarus, Rumıniya, Bolqarıstan, Türkiyə, Ermənistan və Gürcüstana qədər yayıla bilər. Ukrayna mediası Zaporojye AES-də nüvə partlayışı nəticəsində radiasiya dalğasını əhatə edəcək xəritə də paylaşıb. Xəritədə görünür ki, radiasiya dalğasının Azərbaycan sərhədinə qədər yayılması təhlükəsi var.
Əsas məqam Zaporojye AES-in 5 iyula qədər boşaldılmasına dair yayılan məlumatlardır. Bu, "nüvə təxribatı bu gün ola bilər" sualını gündəmə gətirir.
Asif
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi


































.jpg)

.jpg)