Region
Kremldən Ermənistanın BCM-yə qoşulmasına - REAKSİYA
“Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qoşulması onun suveren məsələsidir və bunun Moskva ilə İrəvan arasında münasibətlərə mənfi təsir göstərməməsi Rusiya üçün vacibdir”.
Publika.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“Burada şərh ediləcək heç nə yoxdur. Ümumiyyətlə, bu, Ermənistanın suveren hüququdur”, - Kreml nümayəndəsi bildirib. “Ancaq digər tərəfdən, bizim üçün vacibdir ki, bu cür qərarlar həm de-yure, həm də de-fakto dəyər verdiyimiz və inkişaf etdirməyə çalışdığımız əlaqələrimizə mənfi təsir göstərməsin”, - deyə o vurğulayıb.
Fevralın 1-də Ermənistan əvvəllər Roma Nizamnaməsinin ratifikasiyasını təsdiq edən sənədləri təşkilata rəsmən təqdim edərək BCM-nin 124-cü tamhüquqlu üzvü olub. BCM-dən bildirilib ki, İrəvan həmçinin “Ermənistanın 2021-ci il mayın 10-dan məhkəmənin yurisdiksiyasını retroaktiv olaraq qəbul etdiyini” təsdiqləyən sənədləri də verib.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































