Region
Bütün variantlar masanın üstündədir: Aİ Gürcüstana xəbərdarlıq etdi
Parlament seçkilərindən sonra Gürcüstan hakimiyyəti sabiq prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası və ona bağlı birliklərinin fəaliyyətini konstitusiyaya zidd kimi tanımaq təşəbbüsünü həyata keçirərsə, Avropa Komissiyasının reaksiyasına səbəb olacaq.
Publika.az xəbər verir ki, bu barədə “Politico”ya Aİ-nin xarici siyasət xidmətinin sözçüsü Piter Stano məlumat verib.
“Mövcud fəaliyyət kursu Gürcüstanın Aİ-yə yolunu təhlükə altında qoyur, üzvlük prosesini faktiki olaraq dayandırır. Avropa Komissiyası Gürcüstanın ritorikasını və hadisələrin gedişatını diqqətlə izləyir və buna uyğun cavab verməyə hazırdır. Bütün variantlar masanın üstündədir və o bəyanatlar reallaşarsa, biz buna uyğun hərəkət edəcəyik”, – Stano Gürcüstan hakimiyyətinin planlarını şərh edib.
Xatırladaq ki, avqustun 20-də hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası bəyanat yayıb ki, qarşıdan gələn parlament seçkilərində qalib gəlsə və qanunverici orqanda konstitusiya çoxluğunu qazansa, keçmiş prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasını və ona bağlı olan birliklərin fəaliyyətini dayandıracaq.
Onu da əlavə edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.
Tural
-
Rəsmi xronika09:43Prezident: Naxçıvanda yeni nəqliyyat dəhlizləri yaradılır - VİDEO
-
ABŞ09:12ABŞ prezidentinin təyyarəsi niyə gizlicə dəyişdirilib? - Tramp özü danışdı
-
MDB09:00Xəzər pələngi vəhşi təbiətə qaytarılır
-
Sosial08:36Bu rayonların bir hissəsi qazsız qalacaq
-
Qadın08:00Qadınların xəyanət etməsinin 5 SƏBƏBİ
-
İdman06:46Superkompüter La Liqanın favoritini açıqladı
-
Magazin106:1651 yaşlı məşhur aktrisadan bikinili pozalar - FOTO
-
İKT03:43Məşhur ödəniş sistemi "App Store"dan SİLİNDİ
























.jpg)













