Region
Ən uzun sualtı tunel çəkilir: İranla bu ölkəni birləşdirəcək
İranın vitse-prezidenti Məhəmməd Rza Aref Qətərin yeni səfiri ilə Tehranda görüşüb.
Publika.az xəbər verir ki, o bildirib ki, İran Fars körfəzi altından iki ölkə arasında nəqliyyat tunelinin tikintisi ilə bağlı danışıqlar aparmaq üçün Qətərə bir qrup mütəxəssis göndərəcək.
"Hər iki ölkə bu böyük planı həyata keçirmək istəyir və İran artıq ilkin araşdırmalar aparmaq üçün mütəxəssislər qrupu yaradıb və onlar yaxın həftələrdə danışıqlar üçün Dohaya göndəriləcək", - ISNA vitse-prezidentin sözlərindən sitat gətirib.
Aref əlavə edib ki, İran Qətərlə iqtisadi, mədəni və siyasi əlaqələri gücləndirməyə və bütün mümkün sahələrdə əməkdaşlıq etməyə ümid edir.
Agentliyin məlumatına görə, layihə həyata keçirilərsə, İran və Qətər arasındakı tunel dünyanın ən uzun sualtı nəqliyyat tunelinə çevriləcək.
Tural
-
Sosial03:43Bu rayonların bir sıra ərazilərində işıq olmayacaq
-
Hadisə02:42Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - VİDEO/YENİLƏNDİ
-
Magazin202:12Elza çiyinləri açıq libasda poza verdi - FOTO/VİDEO
-
Magazin101:11Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni FOTOLARI
-
Kriminal00:45Azərbaycanda molla arvadını qətlə yetirdi - Təfərrüat
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sevgi həyatınız çiçəklənəcək
-
Sosial00:00“Qalatasaray”dan Çempionlar Liqasında daha bir qələbə
-
İdman3 Noyabr 22:48Bellingemin 50 yaşlı atası millidə debüt etdi - 7 qol vurdu
















.jpg)











.jpg)



