Region
İmamoğlu ilə birlikdə saxlanılan Ercan Saatçi və daha 8 nəfər azadlığa buraxıldı
İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya və terror əməliyyatı çərçivəsində saxlanılan məşhur müğənni və prodüser Ercan Saatçi azadlığa çıxıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, onunla yanaşı, Ahmet Palazoğlu, Alihan Aydın, Alperen Aydın, Bayram Taşkın, Canan Münüklü, Cemal Ufuk Karakaya, Birsen Şahin və Vahit Doğan "xaricə çıxış qadağası" və "imza ilə adli nəzarət tədbiri" tətbiq edilərək sərbəst buraxılıb.
Ercan Saatçi İstanbul bələdiyyəsinin təşkil etdiyi konsertlərdə iştirakına görə saxlanılmışdı. İstanbul Baş Prokurorluğu həmin konsertlərdə korrupsiyaya yol verildiyini ehtimal edir.
Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və digər şübhəli şəxslər “cinayətkar təşkilata rəhbərlik”, “cinayətkar təşkilata üzvlük”, “korrupsiya”, “rüşvət alma”, “fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi”, “tenderi saxtalaşdırma” cinayətlərində və “PKK/KCK terror təşkilatına yardım” etməkdə şübhəli bilinirlər.
-
Dünya07:35Qırmızı dənizdə böyük savaş qoxusu - Türkiyə donanması səhnəyə çıxır
-
Sosial06:46Komitə rəsmisindən valideynlərə xəbərdarlıq
-
Magazin203:43"Çukur"un aktrisası ailə qurdu: gəmidə nikah mərasimi... - Foto
-
Qoroskop01:20Günün ulduz falı: iş həyatınızda müsbət irəliləyişlər olacaq
-
İdman7 Avqust 23:35Rusiya məşhur klubun stadionunu bombaladı - Video
-
Hadisə7 Avqust 22:04Kanalda boğulan 15 yaşlı yeniyetmənin fotosu - Yeniləndi
-
Magazin17 Avqust 20:00Ceki Çan Bakıdakı çəkiliş zamanı zədələndi - Foto
-
Kriminal7 Avqust 19:20Polis erkən nikahın qarşısını aldı





























.jpg)








