Region
Ərdoğan Pakistanın Baş naziri ilə görüşdü - FOTO/YENİLƏNDİ
Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyəyə səfər edib.
Publika.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş nazirini qəbul edib.
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun səfərlə bağlı açıqlama verib.
Bildirilib ki, Türkiyə Prezidenti Administrasiyasının İstanbulda yerləşən Dolmabahçe İş Ofisində baş tutan görüşdə iki ölkə arasında qarşılıqlı münasibətlər müxtəlif aspektləri ilə müzakirə olunacaq. Danışıq zamanı iki ölkə arasında təsis edilmiş Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində həyata keçirilən əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək. Şuranın sonuncu iclası Türkiyə Prezidentinin bu ilin fevral ayında İslamabada səfəri çərçivəsində baş tutub.
Görüşdə ikitərəfli münasibətlərlə yanaşı, terrorla mübarizə də daxil olmaqla regional və beynəlxalq məsələlər də müzakirə olunacaq.
xxx
18:12
Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyədə səfərdədir.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Ölkə liderini İstanbul Hava Limanında Türkiyənin milli müdafiə naziri Yaşar Gülər qarşılayıb.
Şərif səfər çərçivəsində Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Onun qarşıdakı günlərdə Azərbaycana da səfəri gözlənilir.
-
MDB13:55İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?


































.jpg)




