Qərar verildi: Bundan sonra Ermənistanın himni necə və harada ifa olunacaq?
Bizi izləyin

Region

Qərar verildi: Bundan sonra Ermənistanın himni necə və harada ifa olunacaq?

Ermənistan hökuməti qərar qəbul edib ki, Ermənistan Respublikasının himni yalnız dövlət və təntənəli tədbirlər zamanı canlı ifa olunmalıdır.

Publika.az xəbər verir ki, himn orkestr, xor və ya orkestr və xor formatlarının birləşməsi şəklində ifa edilə bilər. Qərar hökumətin iclasında qəbul edilib.

Layihəni təqdim edən təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan qeyd edib ki, himnin hansı hallarda, hansı yerlərdə və hansı formatda səsləndirilməsinin dəqiq müəyyən edilməsi zəruridir. Onun sözlərinə görə, məqsəd vahid yanaşmanı və onun tətbiqi üçün aydın proseduru təmin etməkdir.

Eyni zamanda, qeyri-dövlət tədbirləri zamanı himnin rəsmi səsyazmalarından istifadəyə icazə veriləcəyi müəyyən edilib.

Nazir həmçinin vurğulayıb ki, dövlət himninin səsləndirilməsi zamanı iştirak edənlər onu ayaq üstə, sağ əllərini sinələrinin üstünə qoyaraq dinləməlidirlər. İstisna yalnız fiziki məhdudiyyətlərə görə şəxsin bu tələbi yerinə yetirə bilmədiyi hallarda tətbiq olunacaq.

Təhsil müəssisələrində himnin ifa edilməsi ilə bağlı qaydalar da müəyyən edilib. Uşaq bağçalarında, məktəblərdə və kolleclərdə himn dərs həftəsinin əvvəlində şagirdlərin canlı ifası ilə ifa olunmalıdır. Nazirin sözlərinə görə, himn vacib dövlət simvolu kimi uşaqların təhsilin ilk mərhələsində öyrəndiyi ilk şeylərdən biri olmalıdır. O vurğulayıb ki, himn yalnız mətn və ya musiqi kimi deyil, həm də dövlətçilik şüurunun formalaşmasına töhfə verən mərasim aktı kimi qəbul edilməlidir.

Müzakirə zamanı Baş nazir Nikol Paşinyan dövlət qurumlarında himni canlı ifa edəcək xorların yaradılmasının mümkün olduğunu bildirib.

Onun fikrincə, bu, dövlət sisteminin gündəlik həyatına müsbət və unikal bir çalar qata bilər, baxmayaraq ki, o, ifaçılıq qabiliyyətlərinin mövcudluğunun da bu məsələdə vacib olduğunu etiraf edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm