Region
Rusiya Paşinyanın yerinə onu gətirir: Namizədliyi irəli sürüldü
Rusiya vətəndaşı Samvel Karapetyan “Güclü Ermənistan” partiyasının baş nazirliyə namizədi kimi irəli sürülüb.
Publika.az xəbər verir ki, dünən, fevralın 11-də Samvel Karapetyan yekdilliklə “Güclü Ermənistan” partiyasının lideri seçilib.
Samvel Karapetyanın ikili vətəndaşlığı olduğuna görə (qanun bunu məhdudlaşdırır) baş nazirliyə namizəd ola bilməyəcəyi barədə hökumət rəsmilərinin iddialarına cavab olaraq, qardaşı oğlu Narek Karapetyan Ermənistan Konstitusiyasının kimin baş nazir seçilə biləcəyini nəzərdə tutan 148-ci maddəsinə diqqət çəkib.
Narek Karapetyan aydınlıq gətirib ki, bu maddə Ermənistan Milli Məclisində səsvermə yolu ilə dəyişdirilə bilər. Bu proses Konstitusiyaya və qanuna uyğundur. O, sübut olaraq vəkillərin bu məsələ ilə bağlı video açıqlamasını dinləməyi təklif edib.
Bundan əlavə, hüquqşünas və beynəlxalq hüquq üzrə ekspert Siranuş Sahakyan izah edib ki, Konstitusiyada ya referendum, ya da parlament tərəfindən dəyişdirilə bilən müddəalar var.
Sahakyan bildirib ki, "148-ci maddə hökumət üzvlüyü üçün tələbləri tənzimləyir. Bu maddə referendumda dəyişiklik edilməsini tələb etmir; düzəlişlərin mətni parlament tərəfindən (üçdə iki səs çoxluğu ilə) təsdiqlənə bilər".
Tural
-
Səhiyyə18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi
-
Sosial16:49Əli Əsədov qərar imzaladı
-
Avropa15:37Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır
-
Sosial13:06Sabah 33 dərəcə isti olacaq
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı




































