Region
İstanbulda COP31-ə hazırlıq üzrə ilk strateji planlama iclası keçirildi - Foto
Türkiyənin İstanbul şəhərində COP31-ə hazırlıq ilə bağlı Türkiyə, Azərbaycan, Braziliya, Avstraliya və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyinin nümayəndə heyətlərinin iştirakı ilə ilk strateji planlama iclası keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Publika.az-a verilən məlumata görə, iclasda Azərbaycan nümayəndə heyətini xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Bundan əlavə, tədbirin açılışında Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev onlayn formatda iştirak və çıxış edib.
Tədbirdə COP31-in substantiv və logistik təşkili ilə bağlı Türkiyə tərəfinin hazırlığı və COP31-in sədri qismində Türkiyə ilə COP31-in danışıqlar prosesinə cavabdeh olan Avstraliya arasında əməkdaşlıq mexanizmi, eləcə də, COP31-in uğurunun təmin edilməsi ilə bağlı müvafiq strategiyanın ilkin müzakirəsi baş tutub.
Eyni zamanda, tədbir çərçivəsində COP30-da qəbul edilmiş qərar əsasında yaradılmış “Belem 1,5 Missiyası” adlı Troykanın (Azərbaycan, Braziliya və Türkiyə) cari il ərzindəki fəaliyyəti ilə bağlı planlar barədə fikir mübadiləsi aparılıb.
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)



































