Rəsmi xronika
ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Publika.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
2025-ci il avqustun 8-də Ağ Evdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında tarixi sülh bəyannaməsinin imzalanması münasibətilə Sizə İslam dünyasının mərkəzindən ən səmimi təbriklərimi çatdırıram.
Bu, Cənubi Qafqazın üfüqünü ümid və harmoniya ilə işıqlandıran parlaq bir hadisədir. Bu, eyni zamanda tarixi zənginləşdirən, dünyanı ruhlandıran, dostluq, əməkdaşlıq və qarşılıqlı hörmət yollarını açan mühüm bir mərhələdir.
Zati-aliləri, bu nailiyyət Sizin uzaqgörən liderliyinizin, əvəzsiz fədakarlığınızın və ortaq rifah gələcəyini formalaşdırmaq istiqamətində göstərdiyiniz əzmkar səylərin əyani təzahürüdür. Sizin müdrik rəhbərliyiniz sayəsində Azərbaycan Respublikası xalqları ortaq məqsədlər ətrafında birləşdirə biləcək qətiyyətin, dialoqun, gələcək baxışların parlaq nümunəsinə çevrilmişdir.
ICESCO-nun Baş direktoru kimi mən də bu anın sevincini və xalqınıza bəxş etdiyi qüruru bölüşürəm. Bu, sadəcə bir razılaşma deyil, gələcək nəsillərə bəxş olunan bir hədiyyədir, mədəniyyətlərin, ideyaların və imkanların inkişaf edəcəyi bir bünövrədir. ICESCO Azərbaycanın yanında olmaqla, təhsil, mədəniyyət və elm sahələrində təşəbbüslər vasitəsilə bu sülh ruhuna töhfə verməyə, hər bir sahədə anlaşmaya və əməkdaşlığa hazırdır.
Uca Allah bu yeni dövrü uğurlu etsin, onun yaratdığı bağları möhkəmləndirsin və region xalqlarına daha böyük nailiyyətlər, birlik və rifah bəxş etsin!
Zati-aliləri, bu tarixi və ilhamverici nailiyyət münasibətilə Sizə bir daha ən səmimi təbriklərimi çatdırır, ən yüksək ehtiramımı bildirirəm. Azərbaycanın adı tarixin bu parlaq səhifəsi ilə əbədi olaraq xatırlanacaqdır".
-
Nida Xəbər 20:12Onlar vəzifədən azad edildilər - Sərəncam
-
Hadisə18:10Bakıxanovda yaşayış binasında yanğın - Yeniləndi
-
Cənubi Qafqaz16:18Azərbaycanla sülh sazişini imzalayacağıq, amma... - Köçəryandan sensasion iddia
-
Rəsmi xronika15:25İlham Əliyev sərəncam imzaladı
-
Dünya14:46Türkiyə Fransa və Rusiyanı sıxışdırır - Ankaradan səssiz və strateji gediş
-
Dünya14:16Azərbaycanlıların öldüyü gəmini onlar vurub
-
Region13:45Ermənistan qarışdı: Kütləvi həbslər keçirilir
-
Sosial13:27XİN-dən vurulan gəmi ilə bağlı açıqlama






.jpg)






.jpg)




.jpg)


















