Rəsmi xronika
Prezident sərəncam imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya növbəti humanitar yardımın göstərilməsi ilə bağlı Sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasında istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə iki milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıcaq.
"Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardım göstərir.
Son illərdə Ukraynada yaranmış vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına da bir neçə dəfə humanitar yardım göndərilmişdir.
Azərbaycan Respublikası ilə Ukrayna arasında münasibətlər dostluq və tərəfdaşlıq zəminində müvafiq ikitərəfli sənədlər, o cümlədən 2000-ci il 16 mart tarixli “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə”, 2008-ci il 22 may tarixli “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2022-ci il 14 yanvar tarixli “Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsi” əsasında inkişaf edir".
-
Nida Xəbər 20:12Onlar vəzifədən azad edildilər - Sərəncam
-
Hadisə18:10Bakıxanovda yaşayış binasında yanğın - Yeniləndi
-
Cənubi Qafqaz16:18Azərbaycanla sülh sazişini imzalayacağıq, amma... - Köçəryandan sensasion iddia
-
Rəsmi xronika15:25İlham Əliyev sərəncam imzaladı
-
Dünya14:46Türkiyə Fransa və Rusiyanı sıxışdırır - Ankaradan səssiz və strateji gediş
-
Dünya14:16Azərbaycanlıların öldüyü gəmini onlar vurub
-
Region13:45Ermənistan qarışdı: Kütləvi həbslər keçirilir
-
Sosial13:27XİN-dən vurulan gəmi ilə bağlı açıqlama






.jpg)






.jpg)




.jpg)


















