Öskürəyə qarşı güclü sirop
Bizi izləyin

Sağlamlıq

Öskürəyə qarşı güclü sirop

Havanın soyuması ilə soyuqdəymə, qrip və öskürək problemləri özünü göstərməyə başlayıb.

Publika.az-ın sağlamlıq bölməsi öskürəkdən təbii yollarla xilas olmaq üçün sirop reseptini təqdim edir:

Ballı, zəncəfilli sirop

Ərzaqlar:

Zəncəfil

1 stəkan bal

2 dilim limon

Su

Hazırlanması:

Zəncəfili soyub hissələrə bölün. Limonların qabığını rəndələyin. Kiçik bir tavaya 1 stəkan su tökün. İçinə zəncəfili əlavə edin. 2 yemək qaşığı rəndələnmiş limon qabığını da tökün. Qarışıq qaynayana qədər bişirin. Sonra süzüb soyumağını gözləyin. Bir stəkan balı qazana qoyub isidin. Sonra qarışığı balla qarışdırın. 1-2 dəqiqə qarışdırandan sonra dəmlənməsini gözləyin.

Darçınlı çobanyastığı siropu

Ərzaqlar:

1 litr su

100 qram rəndələnmiş zəncəfil kökü

225 qram çobanyastığı

30 qram gülxətmi kökünün tozu

15 qram darçın

60 ml limon suyu

240 ml bal

Hazırlanması:

Orta ölçülü qazana sadalananları töküb yüksək odda qaynadın. Qaynamağa başlayanda odu azaldın. Suyun miqdarı yarıya enənə qədər qarışığı zəif odda saxlayın. Qarışığı süzgəcdən keçirin. Su soyuduqdan sonra limon suyu və bal əlavə edib yaxşıca qarışdırın. Əldə edilmiş siropu hava keçirməyən şüşə bankaya tökün. Soyuduqdan sonra onu soyuducuda 2 ay saxlaya bilərsiniz. Öskürək əleyhinə hazırladığınız bu qarışıqdan uşaqlara gündə 1 çay qaşığı, böyüklərə isə 1 xörək qaşığı verin.

Məlum olduğu kimi, balın tərkibində öskürək sakitləşdirici təbii komponentlər var. Zəncəfil isə qıcıqlanmanı aradan qaldırır, həmçinin bəlğəmgətiricidir. Çobanyastığı isə boğaz əzələlərini boşaldır, beləliklə, boğaz ağrısını saktləşdirir. Gülxətmi kökünün tozu bütün bitkilər arasında ən güclü sinəyumşaldıcı, bəlğəmqovucu təsirə malikdir. Darçın isə siropa həm ləzzət qatır, həm də immuniteti gücləndirir.

Öskürəyə səbəb olan əsas xəstəliyin müalicəsi ilə yanaşı, xəstələr bol-bol maye qəbul etməli, evdə və iş yerində otağın havası tez-tez dəyişdirilməlidir. Üzərinə bir az zəncəfil və bir çay qaşığı bal əlavə olunmuş cökə, ada çayı, nanə-limon çayları da öskürək əleyhinə olduqca effektli təsir göstərir. Bal, xüsusilə də kiçik uşaqlarda tez-tez rast gəlinən tənəffüs yolları infeksiyası üçün çox faydalıdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm