Sağlamlıq
Alimlər açıqladılar: “Uzun ömrün sirri bağırsaqlarda gizlənib”
Elm adamları uzun həyatın sirrinin bağırsaqlarda gizləndiyinə inanırlar. Elə buna görə də son 10 ildə bağırsaqlar davamlı olaraq araşdırılır. Alimlər bağırsaqlardakı zərərli bakteriyaların xərçəng, şəkər, köklük, ürək və damar, allergiya kimi xəstəliklərə səbəb ola biləcəyini qeyd edirlər. Bunu nəzərə alaraq, bağırsaqlardakı yararlı bakteriyaların artmasına dəstək olan qidalar yemək lazımdır.
Publika.az türkiyəli professor, doktor Yüksəl Altuntaşın bu mövzudakı fikirlərini sizə çatdırır:
Doktor Yüksəl Altuntaş zərərli bakteriyaların orqanizmin maddələr mübadiləsini, immunitet sistemini və enerji balansını pozduğunu bildirir:
“Bağırsaqlarda 100 trilyon bakteriya var. Faydalı bakteriyalar azalanda zərərli bakteriyalar orqanizmə ziyan vurur. Bu da xərçəngdən tutmuş ürək-damar xəstəliklərinə kimi bir çox problemə gətirib çıxarır”.
Həkimin sözlərinə görə, yediyimiz qidalar həmin bakteriyaların balansının qorunmasında əhəmiyyətli rol oynayır.
“Yediklərimizdən bəziləri yararlı, bəziləri də zərərli bakteriyaların çoxalmasına şərait yaradır. Məsələn, ət və ət məhsullarını həddən artıq yedikdə bağırsaqlarda zərərli bakteriyalar sürətlə çoxalır. Çalışın faydalı bakteriyalar ehtiva edən probiotik qidaları süfrənizdən əskik etməyəsiniz. Evdə hazırlanan qatıq, kefir, sirkə, turşu, tomat kimi qidalar bağırsaqlarda yararlı bakteriyaların çoxalmasını təmin edir”.
Həkim həzmi çətin olan karbohidratların da bu baxımdan yararlı olduğunu vurğulayır:
“Həzm edilməyən karbohidratlar da çox faydalıdır. Quru paxla, göy noxud, lobya, mərci yemək lazımdır. Turş maya vurulmuş çörək də yararlı bakteriyaların çoxalmasına kömək edir”.
Doktor Yüksəl Altuntaş sağlam insanların aradabir ac qalaraq bağırsaqların, bilavasitə olaraq da bütün orqanizmin sağlamlığını qoruya biləcəklərini deyir:
“Həftənin 2-3 günü axşam yeməyi yeməmək (mədə boş qalmalıdır) detoks effekti verir və bağırsaqlardakı yararlı bakteriyaların artmasına səbəb olur”.
Ləman Sultan
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı