Bu qidaları əsla ZİBİL QABINA ATMAYIN! - FOTOLAR
Bizi izləyin

Sağlamlıq

Bu qidaları əsla ZİBİL QABINA ATMAYIN! - FOTOLAR

Meyvə və tərəvəzləri soyandan sonra köklərini və qabıqlarını zibil qabına atırıq. Halbuki zibil qabına atdığımız həmin hissələr vitaminlə çox zəngindir. “Vitamini qabığındadır” ifadəsini böyüklərimizdən tez-tez eşidirik. Bu yazıda həmin ifadənin nə qədər dəyərli fikir olduğunu anlamış olacağıq. Bəs hansı qidaların kökləri və qabıqları ən az özləri qədər faydalıdır?

Publika.az həmin qidaları təqdim edir.

Portağal və limon qabığı

Limonu salatın üzərinə sıxıb qabığını zibil qabına atırsınız? Etməyin! Həmin qabıqları sürtgəcgən keçirib keksə, çaya ata bilərsiniz. Çünki limonun qabığı meyvəsindən daha xeyirlidir.İki qaşıq sürtgəcdən keçirilmiş limon qabığında meyvəsindən 5 dəfə daha çox C vitamini, mineral var.

Qarpız qabığı və çəyirdəyi

Yay aylarının ən sevimli bostan bitkisi olan qarpızın qabıqları və çəyirdəyi ən az özü qədər faydalıdır. Meyvənin ətrafındakı ağ qalın hissə qan dövranını sürətləndirir. Xüsusən, C və B6 vitamini ilə zəngindir. Bu hissədən mürəbbə bişirməklə yanaşı, meyvə salatına, şorbalara əlavə edə, şorba hazırlaya bilərsiniz.

Brokkoli kökləri

Brokkolinin kökləri antioksidantla zəngindir. Bu hissəni soyandan sonra doğraya bilə və rəndələyə bilərsiniz. Həmçinin şorbalara, yeməklərə və uşaq suplarına əlavə edə bilərsiniz. Təbii ki, çiy tərəvəz yeməyi bacarırsınızsa soyub yeyə də bilərsiniz.

Ananas göbəyi

Marketdən soyulmuş və göbəyi çıxarılmış ananas yerinə bütöv halda alıb özünüz doğrayın. Ortasını heç vaxt zibil qabına atmayın. Bu hissəni kub şəklində doğrayıb dondurabilərsiniz. Həmçinin dəmə və suya ata, qatıqla birlikdə meyvə yoqurtu hazırlaya bilərsiniz.

Yerkökü kökü

Yerkökü kökünü zibil qabına atmaq əvəzinə yeyə bilərsiniz. Ancaq dadı bir az fərqli olacaq. Buna görə həmin hissələri şorbalara ata və tərəvəz suyu hazırlayanda içinə əlavə edə bilərsiniz.

Soğan qabığı

Soğanın qabığı təzyiqi aşağı salır, ürəyinizin sağlamlığı üçün faydalıdır. Şorba, tərəvəz və ət suyu hazırlayanda qırmızı soğanı qabığı ilə ata bilərsiniz. Təbii ki, yemək yeyəndə qabıqları çıxara bilərsiniz.

Kərəviz

Kərəvizin kökü və sapları qədər yarpaqları da dəyərlidir. Maqnezium, kalsium və C vitamini olan bu yarpaqları salatlara əlavə edə bilərsiniz. Həmçinin şorba və tərəvəz suyuna da əlavə edə bilərsiniz. Yeməkləriniz həm ləzzətli, həm də sağlam olacaq.

Banan

Banan xoşbəxtlik hormonu olaraq serotonin hormonunu artıran bir maddə olan triptofonla zəngin bir meyvədir. Onun qabığı da ən az meyvəsi qədər qiymətlidir. Bu qabıqları 10 dəqiqə qaynadıb şorbalara əlavə edə bilərsiniz. Hətta banan qabıqlarını dilimləyib sobada bişirə bilərsiniz.

Kivi

Kivinin qabığı limon və portağal qədər C vitamini və liflə zəngindir. Kivini şaftalı kimi qabığı ilə yeyə bilərsiniz.

Cəfəri

Cəfərinin də ən az yarpaqları qədər sapları da faydalıdır. Onları incə-incə kəsib yeməklərinizə əlavə edə bilərsiniz.

Göbələk

Göbələyi yeməklərə əlavə edəndə köklərindən də istifadə edə bilərsiniz. Ləzzəti digər hissəsindən faydasız deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm