Sağlamlıq
Professor ŞOK FAKTLARI açıqladı: Bu tava və qazanlarda bişən yeməklər TƏHLÜKƏLİDİR
Türkiyəli professor Mustafa Tayar qazanların ən az yeyilən qidalar qədər əhəmiyyət daşıdığını söyləyib.
Publika.az xəbər verir ki, mütəxəssis keyfiyyətsiz və gigiyenadan uzaq qazanların ciddi sağlamlıq problemlərinə yol açdığını deyib.
Mustafa Tayar qeyd edib ki, istilik keçiricilik qabiliyyətinin yüksək olması ilə tanınan mis qazan və tavaları istifadə edərkən qalaylanmış və cızılmamış olmasına diqqət göstərmək vacibdir.
“Çünki qalaylanmamış və cızılmış mis qazanlarda qurğurşun və civə kimi zərərli kimyəvi maddələr zəhərlənməyə səbəb ola bilər. Odur ki, mis qazanlardan sadəcə servis edərkən istifadə etmək daha doğru olacaq”.
Mustafa Tayar daha sonra sözlərinə onu da əlavə edib ki, çox yüngül, güclü və çox yönlü olmasından dolayı alminium qazanlardan geniş istifadə olunur. Lakin professor vurğulayıb ki, belə qazanlar sağlamlığımız üçün təhlükəlidir: “Alüminium yüksək mexaniki davamlılığa malik olan metaldır. Lakin alüminium səviyyələrinin artması alzheymer daxil olmaqla, bir çox mərkəzi sinir sistemi xəstəliyinə səbəb olur. Alüminium qazanının adətən örtülkü olmasına baxmayaraq, bu örtüklər aşınmaya meyllidir və bu səbəblə də yoluxma riski yüksəkdir”.
Keramika qazanlardan danışan ekspert fikirlərini belə ifadə edib:
“Keramika materialdan istehsal edilən mətbəx ləvazimatları həm yapışmazdır, həm də asanlıqla yuyulur. Bu baxımdan yapışmasından qorxduğumuz plov və makaron kimi yeməkləri bişirmək üçün bu qazanlardan istifadə etmək məntiqli olacaq. Təbii materialdan istehsal edilən və olduqca uzunömürlü olan keramika qazan və tavaların yeganə mənfi cəhəti qabyuyan maşında yumaq üçün əlverişli olmamasıdır. Çünki maşına girəndə rənginin çıxması ehtimalı yüksəkdir”.
O, qeyd edib ki, ən təhlükəlisi teflon qazan və tavalardır:
“Ucuzluğundan və yapışmaz xüsusiyyətindən dolayı teflon qazan və tavaları çox satılır. Amma teflon materialdan istehsal edilən tava və qazan istifadə edərkən çox ehtiyatlı olun. Əgər dəmir çəngəl, qaşıq və ya bıçaq teflon tavanı cızıbsa, bu tavaların istehsalında istifadə edilən kimyəvi maddələr qidalara keçir və yeməklə birlikdə birbaşa orqanizmə daxil olur.
Diqqət çəkən ən mühüm məqamlarından biri də odur ki, teflon tavalar tərkibində olan və yapışmasının qarşısını alan bəzi kimyəvi maddələrin qalxanabənzər vəzinin fəaliyyətini poza bilcəyinə dair güclü araşdırmalar var. Çünki sübut olunub ki, tiroid xəstələrinin vəzilərində teflonda yer alan kimyəvi maddələr olur. Odur ki, bilavasitə teflonun tiroid vəzi ilə birbaşa əlaqəsi olduğunu söyləmək mümkündür”.
Qranit və polad qazanlar haqqında maraqlı məlumatlar verən professor sözlərini belə yekunlaşdırıb:
“Təbii qranitdən emal edilən qazan və tavalar yapışmaz özəlliyi ilə yanaşı cızılmağa daha dayanıqlıdır. Qranit və polad qazanlar sağlamlıq baxımdan çox faydalıdır. Polad qazan və tavalar yeməklərin saxlanması üçün də yaxşı bir alternativdir”.
Aytən Məftun
-
Hadisə15:47
Bakı metrosunda qatar yoluna düşən sərnişin vəfat etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev Zəngilana getdi - YENİLƏNDİ
-
Cənubi Qafqaz15:07
Qərbi Azərbaycana qayıdış sülh müqaviləsinə daxil edilib? - Rəsmi açıqlama
-
İdman14:08
Ronaldonun Corcinası fanatlarını yenə ovsunladı: Çılpaq və heyranedici FOTOLARLA
-
Sosial13:23
Zakir Qaralovun qohumuna yüksək vəzifə verildi
-
Cənubi Qafqaz12:15
Bakı İrəvanda bu küçənin adının ləğvini tələb edə bilər
-
Yaxın Şərq11:51
Atan 100 min, tutan milyon dollar: İrana qarşı ən bahalı müdafiə
-
Region11:38
İran bəyan etdi: İsrail üçün bunu edəcək ölkələri düşmən sayacağıq