Sağlamlıq
Məşhur həkim xəstəliklərin artmasının GİZLİ SƏBƏBLƏRİNİ AÇDI
Tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov soyuq havalarda insan orqanizmində baş verən bəzi dəyişiklikləri sadalayıb.
Publika.az xəbər verir ki, tanınmış həkim qış aylarında xəstəliklərin artmasının səbəblərini belə izah edib:
* İnsan dodaqlarını tez-tez dili ilə isladır, çünki quru və soyuq havada dodaqlar mütəmadi quruyur. Sadəcə ağız suyu tez buxarlanır, amma içərisindəki fermentlər əksinə, dodaqların üzərində qalaraq çatlar əmələ gətirir.
* Soyuq aylarda dişlərdə əvvəlcədən olan problemlər üzə çıxır. Karies olan dişə soyuq su dəydikdə necə ağrı hiss etdiyinizi xatırlayın.
* Həmçinin miqren ağrıları da soyuq havalarda artır. Soyuqdan isti evə girmək, əksinə isti evdən soyuq havaya çıxmaq və soyuq havalarda artan susuzluq miqren üçün qıcıqlandırıcıdır.
* Kimdə şəkərli diabet varsa, soyuq havalarda qanda qlükoza miqdarı artacaq. Çünki soyuq bizim üçün stress faktorudur. Stress hormonu olan kortizol insulinə qarşı rezistentliyi artırır. Şəkər xəstələri özlərinə nəzarəti artırmalıdırlar.
*İnsanlarda susuzluğa qarşı hissiyyat azalır. Nəticədə dehidratasiya riski artır. Susuzluq + quru soyuq hava dərini daha da qurudur. Bu xüsusən üz nahiyəsində, əllərdə qırışların əmələ gəlməsinə səbəb olur.
* Dəri altında boz piy toxuması artır. Ağ piy toxuması insanın ehtiyat enerji mənbəyidirsə, boz piyin əsas funksiyası istilik əmələ gətirməkdir. Boz piy toxuması insanı soyuğa qarşı davamlı edir, lakin insanlarda çəkinin artmasına səbəb olur.
* Soyuqda əzələlər daim gərgin vəziyyətdə olur, onlara qan axını zəifləyir. Əzələlər soyuq və az elastik olur. Əgər idman edirsinizsə, travma almaq ehtimalınız yüksəlir.
* Soyuq havalarda insanlar qapalı yerlərə çəkilir. Məsələn avtobusda gedərkən pəncərəni kip bağlayırlar. Nəticədə hava damcı yolu ilə keçən infeksiyalar artır.
* Evlərin də pəncərələri kip bağlandığı üçün radon qazının səviyyəsi artır və bu özünü yorğunluq, baş ağrısı ilə büruzə verir.
Aytən Məftun
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)