Sağlamlıq
Tanınmış həkim KORONAVİRUSUN yayılmasının qarşısını alan amilləri açıqladı
Tanınmış həkim, ukraynalı pediatr, 15-dən çox kitabın müəllifi, sağlamlıq verilişinin aparıcısı - Yevgeni Komarovski italyan və rus təqaüdçüləri müqayisə edərək bildirib ki, koronavirusun Rusiyada İtaliyadakı kimi geniş yayılması gözlənilmir.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, MDB-nin ən məşhur pediatrı kimi tanınan həkim özünün Yutub kanalında yayımladığı son videosunda koronavirus barədə danışıb.
O bildirib ki, COVID-19 yaşlılar üçün təhlükəlidir və İtaliyada yaşlı sakinlər daha çoxdur. Ümumiyyətlə, uzunömürlülüyə görə, İtaliya Yaponiyadan sonra ikinci yerdədir. Bu amil çox sayda ölümün mümkün izahlarından biridir.
İtalyanlar arasında koronavirus infeksiyasının sürətlə yayılmasına səbəb olan ikinci amil kimi Komarovski ölkədə ünsiyyət və salamlaşma ənənələrini nəzərdən keçirir. Heç kimə sirr deyil ki, İtaliyada nəinki əllə salamlaşmaq, həm də sağollaşanda öpüşmək adətdir.
Bundan əlavə, italiyalılar, xüsusən yaşlı insanlar çox aktiv həyat tərzi keçirirlər: restoran, kafe, park və müxtəlif tədbirlərdə toplaşırlar.
Rusiyada yaşlı insanlarla vəziyyət köklü şəkildə əksinədir. Təqaüdçülərin çoxu evdə vaxt keçirməyə üstünlük verir. Bundan əlavə, Komarovskinin qeyd etdiyi kimi, ruslar tanımadığı insanlarla kifayət qədər ehtiyatlı və soyuq davranır. “Bu, yeri gəlmişkən, mövcud vəziyyətdə yaxşı xidmət göstərə bilər”, - Y.Komarovski bildirib.
Aytən Məftun
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)