Sağlamlıq
Alimlərdən koronavirusla bağlı ŞOK XƏBƏRDARLIQ: Heç bir əlaməti olmur və qısa müddətdə...
Türkiyənin tanınmış professoru İlyas Dökmetaş və Elmi Komitənin üzvü Ateş Kara İslandiyada yeni koronavirus tədqiqatının nəticələrini paylaşıb və hər kəsə ciddi xəbərdarlıq edib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tibbi ekspert xəstəliyə yoluxan insanların təxminən yarısında heç bir simptom görünmədiyini bildirib. Tədqiqatın nəticələrinə görə, ölkədə 170 min insan sınaqdan keçirilib, onlardan 270-də xəstəlik aşkarlansa da, 124-də heç bir simptom müşahidə edilməyib. 54 nəfərdə yüngül temperatur təsbit edilib.
Professor İlyas Dökmetaşın sözlərinə görə, koronavirus xəstələrində heç bir əlamət özünü göstərməsə də, yoluxucu xüsusiyyətə malikdir. Simptomları olanlardan daha az ötürülmə riski var, amma yoluxdurucudur. Klinik əlamətləri olan bir adam 1 ilə 5 nisbətində ötürmə qabiliyyətinə malikdir. Simptomları olmayanlarda bu göstərici daha aşağıdır.
Elmi Komitənin üzvü Ateş Kara hesab edir ki, xəstəlik gizli şəkildə inkişaf etdiyi üçün karantin rejiminə əməl etmək çox vacibdir: “Çünki xəstə olmadığı görünsə də, onu yaya bilər. Bu yeni araşdırmadır. Qarşınızdakı hər bir insanı xəstə kimi düşünün. Virus yeni olduğuna görə bu cür məlumatlar ortaya çıxır. Xəstəliyi şiddətli olanlar daha çox risk daşıyıcısıdır. A-simptomik olanlar isə az və qısa müddətdə virusu yoluxdurur”.
Professor Dökmetaş əlavə edib ki, Türkiyədə koronavirus qrafikinin yüksəlməsinin səbəbi xəstəliyin A-simptomik olmasıdır. O, bildirib ki, test nəticələri pozitiv çıxan gənclərin əksəriyyətində COVID-19-un əlamətləri özünü göstərməyib.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)


















.jpg)
.jpg)

