Sağlamlıq
Məşhur həkim uzunmüddətli karantinin təhlükəsindən DANIŞDI
Tanınmış pediatr və teleaparıcı Yevgeni Komarovski uzunmüddətli karantin günlərinin insanlara mənfi təsirlərindən danışıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, yutub kanalında yayımladığı videoda izolyasiyanın əsas təhlükələrini izah edib.
Onun sözlərinə görə, karantin zamanı insanların aktiv həyatlarından kənarlaşması çox təhlükəlidir.
O, izləyiciləri əllərində olan hər hansı bir fəaliyyətlə məşğul olmağa, xüsusən də tez-tez cinsi əlaqədə olmağa çağırıb.
“Evi təmizləyin - mümkün qədər hərəkət edin. Hər gün rəqs edin, mahnı oxuyun, sekslə məşğul olun” , - deyə həkim məsləhət verib.
Həkim az yeməyi və çox miqdarda spirt içməməyi tövsiyə edib. Bundan əlavə, Komarovski karantini uşaqlarla vaxt keçirmək və yaşlı qohumlarla söhbət etmək üçün yaxşı fürsət adlandırıb.
Komarovski izləyiciləri yemək yeyərkən televizoru yandırmamağa və nahar vaxtından ailə ilə ünsiyyət qurmaq üçün istifadə etməyə çağırıb.
Xatırladaq ki, daha əvvəl Komarovski gələcəkdə koronavirus səbəbiylə bəşəriyyətin hansı qlobal problemlərlə üzləşə biləcəyini proqnozlaşdırmışdı. O qeyd etmişdi ki, pandemiyanı peyvənd ilə aradan qaldırmaq qeyri-mümkün ola bilər, kütləvi dezinfeksiya isə allergik xəstəliklərin artmasına səbəb ola bilər.
Aytən Məftun
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


