Sağlamlıq
Alkoqoliklər niyə koronavirusa yoluxmur? - Tanınmış pediatr açıqladı
Pediatr və televiziya aparıcısı Yevgeni Komarovski alkoqoliklərin və narkomanların koronavirus infeksiyasına qarşı çıxma şansları ilə bağlı suala cavab verib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, alkoqol və narkotik istifadə edən insanların COVID-19-a yoluxması haqqında statistika görmədiyini söyləyən həkim bu cür insanların bir üstünlüyə sahib olduqlarını qeyd edib: onlar daim özlərini təcrid edirlər.
“Onların tanışlıq dairəsi məhduddur. Buna görə də koronavirusa yoluxmaq şansları zəifdir”, - deyə Komarovski bildirib.
Həkim aprel ayında bəzi insanların xəstələrlə təmasdan sonra belə yeni tip virusa yoluxmama səbəbini də izah edib. O bildirib ki, bu ehtimal immunitet sistemindən qaynaqlanır.
“Yerli immunitet selikli qişaların qoruyucu xüsusiyyətləridir. Burun, bronxlar, bağırsaq selikli qişasında selik ifraz olunur. Onun tərkibində xüsusi maddələr - sekretor immunoqlobulinlər var. Virusları vücudu işğal etməyə çalışdıqları yerlərdə zərərsizləşdirə bilərlər”, - deyə Komarovski izah edib.
Aytən Məftun
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)