Sağlamlıq
Koronavirusla bağlı ŞAD XƏBƏR: daha əvvəl epidemiyanı sağaldan dərman işə yaradı - VİDEO
Video əlavə olunub.
xxx
Ebola virusunun müalicəsində istifadə olunan “Remdesivir” adlı dərman koronavirusun da müalicəsində işə yarayıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu (NIAD) məlumat yayıb.
Açıqlamada dərmanın xəstəxanalarda sınaq müalicələrində istifadə olunduğu və ilkin nəticələrə əsasən işə yaradığı bildirilib.
İnstitutun rektoru və Ağ Ev yanında Koronavirusa qarşı Mübarizə Komissiyasının rəhbəri Entoni Fausi qeyd edib ki, əldə edilən bilgilər “Remdesivir”in sağalma prosesi üzərində dəqiq, mənalı və effektiv təsiri olduğunu göstərir.
Dərmanın kliniki sınaqlarına dünya miqyasında 70 xəstəxana və 1000 koronavirus xəstəsi qatılıb. Xəstələrin müalicə qəbul etməsindən 10 gün sonra süni tənəffüs aparatlarından ayrıldığı müşahidə edilib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı ötən həftə yayımladığı sənəddə koronavirusun müalicəsi üçün ən ümidverici dərman olan “Remdesivir”in genişmiqyaslı kliniki sınaqlarının uğursuzluqla nəticələndiyini göstərən sənəd yayımlamış, daha sonra həmin postu silmişdi. Sənəddə Çində 237 xəstə üzərində aparılan sınaqlarda dərmanın xəstələrə faydası olmadığı və qan dövranındakı patogenlərin miqdarını azaltdığı yazılmışdı. Dərmanın istehsalçısı olan “Gilead Sciences” şirkəti isə sınağın nəticələrinin yanlış bildirildiyini açıqlamışdı.
Zümrüd,
Video: Sevinc Xanqızı
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO












.jpg)





.jpg)
















.jpg)


