Sağlamlıq
Aclıq xərçəngdən qoruyur? - Tanınmış dietoloq sirləri açdı
“Orucluq dünyada interval aclıq kimi (8-16 saat) qəbul olunur. İnterval aclıq özü də xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır. Çünki xərçəng hüceyrələri hər kəsdə var. Bu, normal fizioloji prosesdir. Bu hüceyrələr bəzi insanlarda var, bəzilərində inkişaf edir, bəzilərində yox. Bu da yenə immun sistemindən asılıdır. Mən ona görə oruc tutmağı sağlamlıq üçün faydalı hesab edirəm”.
Bu sözləri Publika.az-a açıqlamasında həkim-dietoloq Şəfa Yadigarova oruc tutmağın orqanizm üçün faydalarından danışarkən deyib.
Dietoloq oruc tutanlar üçün immun sistemini artıran, onkoloji xəstəliklərin qarşısını alan tərkib də məsləhət görüb:
“1 stəkan ilıq suya 1 dilim limon və bıçağın ucunda sarıkök, 1 çay qaşığı alma sirkəsi, çay qaşığının ucunda bal əlavə edirsiniz. Bu tərkibi imsakda qəbul etsəniz, çox gözəl olar. Alma sirkəsi birbaşa immun sistemini artırır, hətta onkoloji xəstəliklərin qarşısını alır”.
Xüsusilə saat 4-dən sonra yaranan halsızlıqla bağlı danışan dietoloq bunun səbəbini belə izah edib:
“4-dən sonra yaranan halsızlıq mədəaltı vəzinin insulin ifraz etməsi ilə əlaqədardır. Saat 4-də, yəni “kor saat” deyilən vaxtda insulin qalxır, şəkər qanda düşür və halsızlıq yaranır”.
Dietoloq həmçinin bu müddətdə başağrısı və bir çox problemlərin qarşısını almaq üçün su içməyin vacibliyindən də danışıb:
“Baş ağrısı, başgicəllənmə, halsızlıq, ağızdan xoşa gəlməyən qoxu, yorğunluq olmaması üçün imsakda və iftardan sonra da lazımi qədər su içmək lazımdır. Adam var imsaka durmur və ya adam var səhər 1 stəkan su içir. Gün ərzində də su içmədiyi üçün bədəndə susuzlama prosesi baş verir. Ona görə də məsləhət görürük ki, bol maye qəbul olunsun. Məsələn, iftarı 2 stəkan su ilə açın, iftardan sonra 2 stəkan, imsakda 2 stəkan su için, sonra 1 stəkan, hardasa gün ərzində 7 stəkan su edir”.
Sevinc Xanqızı
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır































.png)


.jpg)



