Sağlamlıq
Koronavirusla viral pnevmoniyaların fərqi NƏDİR?
Tanınmış pediatr və televiziya aparıcısı Yevgeni Komarovski COVID-19-a yoluxan xəstələrdə sətəlcəm inkişafının qarşısını alan üsullardan danışıb.
Publika.az xəbər verir ki, o, bu barədə İnstaqram səhifəsində məlumat paylaşıb. Həkimin sözlərinə görə, infeksiyanın ağciyərlərə zərərini azaltmaq üçün bir neçə tədbirlərin görülməsi şərtdir. Komarovski koronavirus pnevmoniyasının müalicəsi üçün dərmanların hələlik olmadığını bildirib. Ancaq hesab edir ki, immuniteti gücləndirməklə xəstəliyin öhdəsindən gəlmək mümkündür. Həkim isti geyinməyi, çox miqdarda isti maye içməyi, otağı havalandırmağı və normal rütubəti təmin etməyi məsləhət görüb.
Komarovski viral pnevmoniyanın başqalarından fərqini də izah edib:
“Viral pnevmoniya və adi pnevmoniya kəskin reseptor xəstəliklərinin ağırlaşması kimi tamamilə fərqli şeylərdir. Kəskin respirator ağırlaşmalarda - soyuqdəymə zamanı ağciyərlərdə selik yığılır və ventilyasiya pisləşir, nəticədə ağciyərlərdə bakteriyalar çoxalır. Belə bir ağırlaşma antibiotiklərlə müalicə olunur”.
Həkim əlavə edib ki, viral pnevmoniyada virus hava yollarında uzanmır, ancaq ağciyərlərdə inkişaf edir:
“Yəni, koronavirusda ağciyərlərin iltihablanması xəstəliyin ağırlaşmasını bildirmir, bu, xəstəliyin təzahürüdür. Bakteriya deyil, virus ağciyərlərdə çoxalır” , - deyə Komarovski əlavə edib.
O, izah edib ki, ən pis variant viral-bakterial sətəlcəmdir.
Komarovskinin sözlərinə görə, immun sistemini gücləndirmək üçün bir sıra şərtləri yerinə yetirmək lazımdır: məşq edin, qeyri-sağlam yeməklərdən imtina edin, şəkərin miqdarını azaldın, çəkinyə nəzarət edin və özünüzü stressdən qoruyun.
Aytən Məftun
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)