Sağlamlıq
İmmun sistemini qüvvətləndirən MAY BİTKİLƏRİ - Xərçəng, qaraciyər savaşçıları
Güclü immun sistemi üçün doğru və sağlam qidalanmaq son dərəcə əhəmiyyətlidir. Sağlam olduğu düşünülən hər qida doğru zamanda istifadə edilməsə, insan orqanizminə faydadan çox zərər verə bilər.
Bunun üçün diqqət edilməsi vacib nöqtə meyvə-tərəvəzi mövsümündə istifadə etməkdir.
Publika.az may ayında istifadə ediləcək meyvə və tərəvəzlərin siyahısını təqdim edir.
Lobya
A və C vitamini qaynağı olan lobya, eyni zamanda, maqnezium və dəmir tərkiblidir. İmmun sistemini qüvvətləndirərək xəstəliklərə qarşı qoruyur. Sümüklərin inkişafında rolu böyükdür.

Səmizotu
Orqanizmimizin ifraz edə bilmədiyi, lakin qidalanma vərdişləri sayəsində əldə oluna bilən Omega-3 qaynağı olan səmizotu ürək və damar üçün olduqca faydalıdır. Salata əlavə olunması və qatıqla yeyilməsi məsləhət görülür.

Zəncirotu
Həzmi asanlaşdıran Hindiba mədə və bağırsaq sisteminin sağlam işləməsinə yardımçı olur. Qaraciyərin bərpasını asanlaşdırır.

Çiriş otu
Sızanaq və ekzema kimi dəri problemlərinin müalicəsində istifadə olunur. İmmun sistemini qüvvətləndirir. Qadınların mensturasiya dövrünü nizama salır.

Çiyələk
Güclü xərçəng savaşçısıdır. Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alır. Nizamlı şəkildə çiyələk yeyənlərdə miokard infarktı riski daha azdır. Eyni zamanda, qaraciyərin sağlamlığının qorunmasına yardımçı olur.

Alça
Bir çox meyvəyə nisbətən daha çox vitamin və minerala malik alça dəmirin sovurulmasına yardımçı olan qidalar sırasındadır. Antioksidant qaynağı olan alça qanda şəkərin miqdarını balanslaşdırır.

Tut
Zəngin vitamin və mineralları sayəsində bir çox xəstəliyə qarşı müdafiə mexanizmi yaradır. Kalsium, maqnezium və kalium sayəsində ürək və damarın sağlamlığını qoruyur.

Zümrüd
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO




































.jpg)

.jpg)