Sağlamlıq
Məşhur həkim vitaminlərin yoluxucu xəstəliklərə təsirindən söz açdı
Yoluxucu xəstəliklərin qarşısını almaq üçün vitamin qəbul etmək faydasızdır.
Publika.az xəbər verir ki, bu barədə tanınmış həkim və televiziya aparıcısı Yevgeni Komarovski İnstaqram hesabında məlumat yayıb. Mütəxəssis hesab edir ki, vitaminlər sübut edilmiş vitamin çatışmazlığı olduqda qəbul edilməlidir.
Həkim əlavə edib ki, özünütəcrid dövründə düzgün qidalanmayan insanlar üçün mürəkkəb vitaminlər faydalı ola bilər. Çünki qeyri-sağlam qidalanma nəticəsində orqanizmdə lazımi vitamin və minerallar ifraz olunmur.
Xatırladaq ki, bundan əvvəl Britaniya alimləri koronavirus pandemiyası zamanı D vitamini qəbul etməyi məsləhət görmüşdü. Mütəxəssislər qeyd edib ki, insanlar qapalı həyat keçirdikləri üçün və birbaşa Günəş işığına məruz qalmadığından bu maddəni kifayət qədər miqdarda almırlar. Lakin o da iddia olundu ki, D vitamini COVID-19-a yoluxma ehtimalına və ya xəstəliyin müalicəsinə təsir etmir.
Aytən Məftun
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)