Sağlamlıq
Ölüm riskini ikiqat artıran SƏBƏBLƏR - Professor açıqlayır
İngiltərədə alimlər koronavirusa yoluxmuş insanların DNT-sini analiz edib və bu nəticəyə gəlib ki, “qüsurlu gen”ləri olan xəstələrdə bu infeksiya daha çox ağırlaşmalara səbəb olur.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatda 48 yaşdan 60 yaşa qədər 40 min insan iştirak edib. Gen daşıyıcılarının yaşlı olması vacib deyil. Demans yaşla ortaya çıxa bilər, ancaq “qüsurlu gen” vücudu yeni bir infeksiyaya həssas hala gətirir. Alimlər qocalar evlərində koronavirusdan yüksək ölüm faizinin səbəbini də bununla izah edib.
Daily Mail xəbər verir ki, İngiltərədə COVID-19-dan ölən hər beş nəfərdən biri də Alzheymer xəstəliyinin ən geniş yayılmış forması olan demansdan əziyyət çəkib. Odur ki, genlərdə olan problemlər koronavirusdan ölüm riskini ikiqat artırır.
“Bu araşdırma göstərir ki, risk faktorları əsas genetik dəyişikliyə görə artır” , - deyə professor David Melzer əlavə edib.
Alimlər ümid edirlər ki, onların kəşfi bu kateqoriyalı xəstələrin müalicəsi üçün bir yol tapmağa kömək edəcək.
Aytən Məftun
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































