Sağlamlıq
Ginekoloq doğuş üçün ideal yaşı açıqladı
Doğuş üçün ən yaxşı vaxt 35 yaşa qədərdir.
Publika.az Life.ru-ya istinadən xəbər verir ki, bu barədə ginekoloq Juliana Abayeva danışıb. O əlavə edib ki, bu illər ərzində qadın bədəni həyatının sonrakı dövrünə nisbətən bu cür yüklərə daha çox hazırlıqlı olur.
“Reproduktiv yaş dövrü var: erkən reproduktiv yaş - 35 yaşa qədərdir, gec reproduktiv yaş - 35 yaş və menstruasiyadan əvvəl. Uşaq doğmaq üçün optimal yaş erkən reproduktiv yaş dövrüdür - 35 yaşa qədər. Bu yaşa qədər qadında yumurtalıq ehtiyatı qaydasındadır və genetik problemlərə daha az rast gəlinir”.
Gec reproduktiv yaşa gəlincə, ginekoloqun fikrincə, bu, həm körpə, həm də qadının özü üçün təhlükəli ola bilər. 40 yaşdan sonra hamiləlik və doğuş ağırlaşmalarla baş verə bilər, körpənin xromosom anormallıqları ilə doğulma şansı artır. Mütəxəssis hesab edir ki, yenidən övlad sahibi olmaq üçün ən optimal iki illik fasilədir ki, bu müddət ərzində qadının orqanizmi tam bərpa olunur.
Xatırladaq ki, Rusiya Qadınlar Birliyinin rəhbəri, keçmiş senator Yekaterina Laxova 30 yaşından sonra doğuş edən qadınların qocaldığını söyləmişdi. Onun fikrincə, uşaqlara erkən yaşlarından ailə sevgisini aşılamaq lazımdır.
Aytən Məftun
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)