Sağlamlıq
Koronavirus beyinə nüfuz edir - ARAŞDIRMA
SARS-CoV-2 virusu nöropilin-1 zülalının köməyi ilə beynə daxil olur.
Publika.az xəbər verir ki, bu barədə “bioRxiv” preprint onlayn kitabxanasında yayımlanan bir araşdırmada bildirilib. Bir qrup avropalı alim aşkar edib ki, hüceyrə zülalı nöropilin-1 (NRP1) koronavirusun beyninə nüfuz etməsinə səbəb olur. Bu, COVID-19-dan dünyasını dəyişən bir xəstənin yarılması zamanı SARS-CoV-2 hüceyrələri yoluxmuş olan iybilmə epitelisində və ampulunda aşkar edilib. Mütəxəssislər koronavirusun beyin hüceyrələrində çoxalmadığını, ancaq onların ölümünə səbəb ola biləcəyi qənaətinə gəlib.
Siçanlar üzərində də aparılan sınaqlar elm adamlarının hipotezini təsdiqləyib. Virusu tanıtmaq üçün intranazal metoddan istifadə etməklə laboratoriyada COVID-19-u heyvanlara yoluxdurmağı bacarıblar.
Tədqiqatçılar bu nəticəyə gəlib ki, koronavirus gələcək bir daşıyıcının bədəninə girmək üçün hüceyrə zülalları nöropilin-1 və ACE-2 istifadə edir. Sonuncu komponentin köməyi ilə virus hissəcikləri yuxarı tənəffüs yollarında sabitlənir və çoxalma prosesinə başlayır. Hesabat nəticələrinin ölümcül xəstəliyə qarşı peyvənd yaratmasına kömək edəcəyi bildirilib.
Xatırladaq ki, may ayında İspaniyalı nevroloqlar koronavirusdan kişilərin ölümünün qadınlardan daha çox olduğunu bildirmişdi. Mütəxəssislərin fikrincə, kişilər daha çox tütündən asılıdır, bu da obstruktiv ağciyər xəstəliyi ilə birlikdə bədəndə koronavirusun olduğu ACE-2 fermentlərinin həcmini artıra bilər.
Aytən Məftun
-
Region01:41Türkiyədə polis bölməsinin həyətinə naməlum PUA DÜŞDÜ
-
Qoroskop00:30Günün ULDUZ FALI - Cazibənizlə hər kəsin diqqətini çəkəcəksiniz
-
MDB18 Avqust 22:48Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
İdman18 Avqust 22:24"Barselona" "Qızıl top" mükafatının sahibini transfer etdi
-
Avropa18 Avqust 22:12Almaniyada sosial fəlakət baş verdi
-
Sosial18 Avqust 21:48Vəkil Elşad Məmmədov həbs edildi - YENİLƏNDİ
-
İdman18 Avqust 21:36İki arvad saxlamağın bədəli: Həsənin uşaqları saçyoldusuna çıxdılar - VİDEO
-
Magazin118 Avqust 20:48“Həmin mahnını elə-belə yazmışdım” - Səbinədən etiraf





































