Sağlamlıq
Məşhur həkimdən BƏDBİN PROQNOZ - Koronavirusun fəsadları illər boyu davam edəcək
Artıq yeddi aydır ki, bütün dünya COVID-19-la yaşayır, yüz minlərlə qurban var, pandemiya yayılmağa davam edir. Dərman istehsalçıları koronavirusa qarşı vaksinlərin hazır olduğunu desə də, alimlər, eyni zamanda ÜST-ün rəsmiləri koronavirusun təsirinin on illərlə davam edəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, tanınmış pediatr Yevgeni Komarovski koronavirusun orqanizmdə qoyduğu izlərdən danışıb. O, bildirib ki, pandemiyanın həm mənfi, həm də müsbət nəticələri olacaq.
“Pandemiya çox ailələrin boşanmasına səbəb oldu. Ailədaxili münaqişələr artdı, uşaqlar valideynlərinin boşanmasının şahidi oldu. Antibiotiklər və dezinfeksiyaedici maddələrin həddindən artıq istifadəsi səbəbindənsə bir çox insan ömrü boyu allergik xəstəliklərdən əziyyət çəkəcək.
Vaxtında yardım və lazımi dərmanları ala bilmədiyi üçün insanların çoxu infarkt keçirəcək. Bu böhranlardan sonra hipertoniya və insultlar inkişaf edəcək, əlillik riski artacaq.
Müsbət tərəfi odur ki, nəhayət bəzi yeni qabaqcıl texnologiyalar tətbiq olunacaq. Təhlükəsiz və ucuz vaksinlərin istehsalı üçün yeni texnologiyaların yaradılması sahəsinə böyük miqdarda vəsaitlər yatırılacaq.
Artıq Yer üzündə 8 milyarddan çox insan var. Yeni virus hər kəs üçün potensial təhlükədir. Və yeni qaydalarla yaşamağı öyrənməliyik. Yeni qaydalara epidemioloji xidmətlərin ən yüksək səviyyədə daimi saxlanılması, gigiyena və infeksion xəstəliklərin müalicə edildiyi xəstəxanalarının normal təmin edilməsi və təkmilləşdirilməsi daxildir”.
Aytən Məftun
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


