Sağlamlıq
Yağların bədənə bilmədiyiniz faydası
Alimlər və nutritionistlər yağların komponentlərindən ehtiyat edirlər. Bəzilərini yağların yüksək kalorili tərkibi qorxudur, digərləri isə pəhriz zamanı yağlı qidaların menyudan çıxarılacağından qorxurlar.
Publika.az oxucuları yağın bədən üçün faydaları ilə tanış edir.
Yağlı məhsullarn qəbulu köklüyə gətirib çıxarır?
Əlbətdə ki, müntəzəm olaraq çox miqdarda yağlı qidalar yeyirsinizsə, onda bir neçə kiloqram kökələcəksiniz, istənilən halda ölçünü qaçırmaq artıq çəkinin artmasına səbəb olur. Ancaq sadə karbohidratları düzgün yağlarla əvəz etməklə kalori miqdarı eyni qalsa da, arıqlaya bilərsiniz.
“Bir qram yağda 9 kilokalori var. Müqayisə üçün: karbohidratlar və zülalların hər bir qramına 4 kilokalori düşür. Kökəlməmək üçün gündəlik kalori miqdarını aşmamağa çalışın” , - amerikalı qidalanma mütəxəssisi Cessika Kordinq məsləhət görür. Bundan əlavə, mütəxəssislər pəhrizdəki sağlam yağların miqdarını 20 faiz artırmağın lazım olduğunu düşünürlər. Əvvəllər 10 faiz kifayət idi, amma bu məlumatlar artıq köhnəlib.
Yağlar heç bir fayda vermir?
Yağlar pəhrizin ən vacib tərkib hissəsidir: beyinə kömək edir, bədəndəki ən vacib prosesləri, hormon ifrazını və bədən istiliyini tənzimləyir. Onların olmaması xarici görünüşə təsir göstərir. Əgər saçlarınız solğun, dəriniz qurudursa, dırnaqlarınız kövrəkdirsə, deməli, bədəniniz kifayət qədər yağ qəbul etmir.
Yağlar zərərlidir?
Karbohidratlar kimi yağlar da bədən üçün yaxşı və pisə bölünür. Doymuş və ya qatı yağlar ən çox işlənmiş qidalarda və heyvan məhsullarında olur. Onların sayını məhdudlaşdırmaq tövsiyə olunur. Amma tərkibində doymamış yağlar olan qidalar (qoz-fındıq, bitki yağları, qızılbalıq, avokado) gündəlik pəhrizə daxil edilməlidir, bu, bədənə yalnız fayda gətirəcək.
Yağlar xolesterin səviyyəsini yüksəldir?
Doymuş yağlar əslində qanda xolesterin səviyyəsini yüksəldə bilər, doymamış yağ turşuları isə (günəbaxan toxumlarında, soya paxlasında, balqabaq toxumunda, qozda) əksinə, azaldır.
Bütün yağlar eynidir?
Adətən yağlar bir qrupda qruplaşdırılır, lakin fərqli növləri bir-birindən xeyli fərqlənir. Doymuş yağlar (heyvan məhsullarında, palma yağında) problemli bölgələrdə dərialtı zonalarda yerləşir. Ancaq bu gün ən təhlükəli olanlar trans yağlardır (marqarin, fast food, şirniyyat və bəzi emal olunmuş qidalar). Bu yağların istifadəsi ürək və qan damarlarında problemlərə, obezliyə və endokrin sistemin pozulmasına səbəb olur. Doymamış yağlar ürəyə faydalı təsir göstərir və bədən tərəfindən tez bir zamanda sovrulur.
Aytən Məftun
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO