Sağlamlıq
Sağalan xəstələrin ürəyində koronavirus izləri TAPILDI
Alman həkimləri Mainz klinikasında bəzi xəstələrin ürək əzələsində koronavirus izləri tapıb.
Publika.az xəbər verir ki, əvvəlcə xəstələr miokardit şikayətləri ilə gəlib, lakin sonradan hamısının son zamanlarda ciddi xəstə olduğu məlum olub. Bu barədə “Oksford Akademik” jurnalında məlumat yayılıb. Alman Ürək-Damar Tədqiqatları Mərkəzinin professoru Filip Venzelin sözlərinə görə, bu xəstələrin hamısı 40 yaşdan aşağı və fiziki cəhətdən aktivdirlər, lakin bir neçə həftə əvvəl ağır qrip keçiriblər.
“Xəstələrin vəziyyətinin özəlliyi ondadır ki, COVID-19 zərərsiz şəkildə keçdikdən sonra və ya davam edərkən virus ürək əzələsinin biopsiyasının köməyi ilə aşkarlanır”, - Venzel deyib.
Bundan əvvəl həkimlər ürək əzələsində virus izlərini yalnız ağır koronavirus xəstələrində aşkar etmişdilər. Tədqiqat müəlliflərinin fikrincə, yeni tip virusun uzunmüddətli təsirini araşdırmaq çətindir. Bununla birlikdə, həkimlər qeyd edirlər ki, yeni tədqiqatların nəticələri COVID-19 xəstələrinin ürək-damar sisteminə diqqət yetirilməsinin vacibliyini göstərir.
Aytən Məftun
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO

















.jpg)

.jpg)

















.jpg)


