Sağlamlıq
Bu göz şikayətləri koronavirusun əlamətidir?

Aylardır ki, ekspertlər koronavirusdan qorunmaq üçün maska taxmağı, sosial məsafəni gözləməyi və gigiyena qaydalarına əməl etməyi tövsiyə edir. Bildirilir ki, əllər düzgün yuyulmasa, ağız, burun və gözlərə vurulsa, virusa yoluxma riski yüksək ola bilər.
Publika.az xəbər verir ki, oftalmoloq Öznur İşcan bu barədə danışıb. Koronavirusa qarşı göz gigiyenasının əhəmiyyətinə diqqət çəkən həkim qorunma yolları ilə bağlı xəbərdarlıqlar edib:
"Burun və ağız quruluşu kimi selikli qişaya sahib olduğundan gözlər də risk faktorudur. Gün ərzində üzə və gözə tez-tez əl vurmaq COVID-19-a yoluxma riskini artırır. Bu səbəbdən əl və göz ətrafı gigiyenasına diqqət yetirilməlidir. Bu tədbirlərlə göz çirklənməsi riski əhəmiyyətli dərəcədə azaldıla bilər.
Əllərin təmizliyinə əmin olmadığınız halda gözlərə toxunmaq və onları ovuşdurmaqdan çəkinin.
Gözə yad cismin düşdüyündən şübhələnirsinizsə, əvvəlcə əl təmizlənməli, sonra gözə toxunulmalıdır.
Dəsmal və pambıq kimi məhsullar göz təmizliyi üçün istifadə edilməməlidir.
Maskalar eynəklərin tez-tez buxarlanmasına səbəb olduğundan, eynəklərin təmizlənməsinə diqqət yetirilməlidir.
Kontakt linzalardan istifadə olunursa, xüsusən də bu dövrdə gündəlik linzalara üstünlük verilməlidir. Linzaları taxarkən və çıxararkən əl və göz gigiyenasına xüsusi diqqət yetirilməlidir.
Gecələr kontakt linzalarla yatmaqdan çəkinin və tövsiyə olunan istifadə müddəti bitdikdə onu atın.
Xəstəlik zamanı gözlər normaldan daha çox narahatlıq hiss edə bilər.
Gözdəki bu şikayətlər koronavirus simptomu ola bilər.
Bəzi hallarda virus gözdə viral konjonktivit adlanan bir növ iltihab növünə səbəb ola bilər. Gözdə qızartı, qaşınma, yaşarma və yanğı kimi şikayətlər meydana gəldikdə oftalmoloqa müraciət edin".
Aytən Məftun

-
MDB02:43
Kamçatkada bir gündə 120-dən çox zəlzələ qeydə alındı
-
Region01:40
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: 12 nəfər yaralandı - Fotolar/Yeniləndi
-
İdman01:20
DÇ-nin qalibini evə ekonom-klassla yola saldılar: Ölkədə etiraz başladı
-
Qoroskop00:55
Günün ulduz falı: gözlənilməz xərclər və ya gecikmələr ola bilər
-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu