Sağlamlıq
Güclü baş ağrısı və əsəbiliyin səbəbi bilindi
Smartfonlar müasir dünyada insanın yaxın dostu halına gəlib, lakin əksər hallarda elektromaqnit radiasiya sağlamlığa mənfi təsir göstərə bilər.
Publika.az xəbər verir ki, rusiyalı nevroloq Marat Yakupov bu dalğalardan qorunmağın yollarından danışıb. Həkimin sözlərinə görə, bu, insanların cihazlardan istifadə müddətindən və bədənə nə qədər yaxın tutduqlarından asılıdır. Mütəxəssis elektron cihazların baş ağrısı, yuxusuzluq və əsəbiliyə səbəb ola biləcəyini xatırladıb.
“Elektromaqnit dalğaları daxili toxumaların istiləşməsinə səbəb olur. Mobil cihaz retina, beyin, eşitmə, vestibulyar və görmə strukturları tərəfindən sovrulan təhlükəli radiasiya yaradır”, - Yakupov “Praym” agentliyinə verdiyi müsahibədə deyib.
Nevroloq daha az gücə sahib smartfon seçməyi və cibdə gəzdirməməyi məsləhət görüb. Həkim yatmazdan əvvəl cihazı söndürməyin daha yaxşı olduğunu qeyd edib.
Yakupov ən zərərli anın zəng rejimi olduğunu bildirib. Bu anda radiasiyanın ən yüksək həddə çatdığı barədə xəbərdarlıq edib, buna görə cihazı yalnız abunəçi cavab verdikdən sonra qulağa yaxınlaşdırmağı məsləhət görüb.
Aytən Məftun
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO



































.jpg)

.jpg)