Sağlamlıq
Bu qidalar infarkt riskini iki dəfə AZALDIR
Mütəxəssislər pəhrizə müntəzəm daxil olan bir sıra qidaların infarkt riskini iki dəfə azaldacağını müəyyənləşdiriblər.
Publika.az xəbər veirr ki, bu barədə nəticələr "Focus" jurnalında yazılıb.
Nəşrdə diyetaya daxil edilməsi tövsiyə olunan 12 qidanın siyahısı qeyd olunur: zeytun yağı, yaşıl çay, sarımsaq, tünd şokolad, pomidor, avokado, yağlı balıq, paxlalı bitkilər, dənli bitkilər, giləmeyvə, qoz-fındıq və yarpaqlı tərəvəzlər.
Mütəxəssislər bildirir ki, zeytun yağı, pomidor və giləmeyvə içərisində antioksidantların mövcudluğu bu məhsulların ürəyə müsbət təsir göstərməsinə, xolesterol səviyyəsini azaltmasına, bədəndəki iltihablı proseslərin aradan qaldırılmasına kömək edir. Öz növbəsində avokado, badam, yağlı balıqlarda olan tək doymamış yağ turşuları ürək üçün faydalıdır.
Yarpaqlı tərəvəzlər, ispanaq, İsveçrə qarğıdalısı, kahı və kələmdə olan vitaminlər və minerallar damarların işini yaxşılaşdırır, taxıl bitkiləri damarları daha elastik edir.
Sarımsaq tərkibində olan allisin maddəsinə görə qan laxtalanmasının qarşısını ala bilir, yaşıl çay damarlarda yağ əmələ gəlməsini azaldır, qara şokolad damar kalsifikasiyası və işemik ürək xəstəliyi riskini azaldır.
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)

.jpg)