Sağlamlıq
Zəncəfilin düzgün istifadə yolları: 80-100 qramdan çox...
Dietoloq Mariya Çernyayeva zəncəfilin düzgün istifadə yollarından bəhs edib.
Publika.az-ın xəbərinə görə, o, "Sputnik" radiosuna müsahibəsində bildirib ki, bu məhsul istənilən formada istifadə edilə bilər.
Quru zəncəfilin faydalı xüsusiyyətlərindən danışan dietoloq onun antibakterial və antiparazitar təsir göstərdiyini izah edib. Həkim əlavə edib ki, zəncəfil hətta şirniyyat və şəkərli meyvələr şəklində də sağaldıcı gücünü qoruya bilir.
Eyni zamanda mütəxəssis bir dəfəyə 80-100 qramdan çox zəncəfil istifadə etməməyi məsləhət görüb. Bu məhsulun qandurulaşdırıcı təsir göstərdiyini, odur ki, öd kisəsi xəstəliklərində mənfi təsir göstərə biləcəyini qeyd edib. Dietoloq qandurulaşdırıcı dərmanları qəbul edərkən zəncəfildən imtina etməyi tövsiyə edib.
Xatırladaq ki, amerikalı alimlər zəncəfil çayının xolesterin səviyyəsini aşağı saldığını, xərçəng riski daxil olmaqla müalicəvi xüsusiyyətlərə malik olduğunu bildirib. Bundan əlavə, içki oynaq ağrılarını aradan qaldırmağa qadirdir. Çoxsaylı tədqiqatların nəticələrinə görə, zəncəfil bitkinin kökündə olan ginqerol maddəsi sayəsində xərçəng əleyhinə xüsusiyyətlərə malikdir.
Aytən Məftun
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO




































.jpg)

.jpg)