Sağlamlıq
Süd vəzi və qaraciyər xərçəngini məhv edir - ŞAD XƏBƏR
Arı zəhəri qaraciyər və süd vəzi xərçəngi hüceyrələrinin böyüməsinin qarşısını alır.
Publika.az xəbər verir ki, bunu Karadeniz Texniki Universiteti Kimya fakültəsinin professoru Sevgi Kolaylı deyib.
Professor arı zəhərinin gələcəkdə bəlkə də xərçəngə qarşı dərman ola biləcəyini ifadə edib.
S.Kolaylı Molekulyar Biologiya və Genetika Şöbəsinin doktoru Selcen Çelik Uzuner ilə birlikdə arı zəhərinin hansı məqsədlərlə istifadə oluna biləcəyini araşdırıb. Nəticədə zəhərin xərçəng hüceyrələrinə əhəmiyyətli dərəcədə təsir göstərdiyi və ölümünə (apoptozis) səbəb olduğu aydınlaşıb.
“Alternativ müalicə üsulu olaraq qəbul edilən apiterapiyada istifadə olunan arı zəhəri 1 qram qızıldan da dəyərlidir. Tibbi baxımdan əhəmiyyətli potensiala malikdir. 2 xərçəng hüceyrəsi üzərində iş apardıq və metastatik döş xərçəngi və qaraciyər xərçənginə baxdıq. Arı zəhərinin metastatik döş xərçənginə nisbətən daha təsirli olduğunu gördük.
Dünyada arı zəhəri ilə əlaqədar işlər sürətləndi və onlar işimizi dəstəkləyir. Gələcəkdə arı zəhəri əhəmiyyətli potensial, apiterapiya agentidir. Bəlkə də xərçəngin dərmanı ola bilər. Ancaq bu araşdırmalar hələ başlanğıc mərhələsindədir”, - professor bildirib.
Zümrüd
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)