Sağlamlıq
Bu dərman koronavirusun fəsadlarını azaldır
İngiltərənin Oksford Universitetində COVID-19-un erkən simptom diaqnozu ilə bağlı aparılan araşdırmanın nəticələrinə görə, astma dərmanının istifadəsi koronavirus üzərində təsirli ola bilər. Digər tərəfdən, xəstəliyin ağırlaşma riskini də azaltdığı təsbit edilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, professor Mona Bafadhel və həmkarları koronavirus xəstəliyinin erkən dönəmində olan 146 nəfər üzərində araşdırma aparıb. Qrupun yarısı astma dərmanı ilə müalicə edilib, digər yarısına isə standart koronavirus müalicəsi yazılıb. Astma dərmanı ilə müalicə olunan qrupun COVID-19 simptomlarına qarşı daha sürətli nəticələr verdiyi məlum olub. Bafadhel bildirib ki, fövqəladə hallarda istifadə ediləcək dərman olmadığından, araşdırma gələcəyə dair böyük ümidlər vəd edir.
“Vaksinasiyanın aparılması müsbət haldır, lakin hazırda ağırlaşmalara mane olacaq dərman yoxdur. Steroid kimi nisbətən təhlükəsiz, geniş yayılmış və yaxşı öyrənilmiş bir dərmanın təsirli ola biləcəyinə ümid edirik”, - ekspert qeyd edib.
Şimali Bristol Ağciyər Mərkəzi və Bristol Universitetinin baş müəllimi Ceyms Dod isə fikirlərini belə ifadə edib:
“Yaşlı qruplar da daxil olmaqla daha böyük bir tədqiqatda bu effektivlik səviyyəsi artarsa, COVID-19 diaqnozu qoyulmuş xəstələr üçün olduqca ümidverici, ucuz və təhlükəsiz dərman olacaq”.
Aytən Məftun
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO



































.jpg)

.jpg)