Sağlamlıq
COVID-19 vaksinini ixtira edən məşhur türkiyəli cütlük: İnsan ömrü uzadıla bilər
“Hazırda rejenerativ tibb sahəsində bir çox araşdırma aparılır. Prinsipcə, müalicə yolu ilə insanların ömrünün əhəmiyyətli dərəcədə uzadılması bioloji olaraq düşünülə bilər”.
Publika.az xəbər verir ki, bu sözləri “BioNTech” şirkətinin qurucuları olan türkiyəli cütlük Özlem Türeci və Uğur Şahin “Axel Springer”in rəhbəri Matthias Döpfner ilə gerçəkləşdirdikləri reportaj zamanı deyiblər.
Ö.Türeci insan ömrünün uzadılması mövzusunda hazırda çox sayda araşdırmanın aparıldığını bildirib. U.Şahin isə qeyd edib ki, bu, yalnız hüceyrələrin yenilənməsi ilə deyil, orqanların bərpası ilə də əlaqəlidir: “Ancaq burada vacib sual budur: Yaşlanmamıza səbəb olan nədir? Yaşlanmamızın və ya bu qədər sürətlə qocalmamızın lazımlı bir səbəbi yoxdur. Bu, çox maraqlı və olduqca həyəcanlı bir araşdırma sahəsidir”.
Reportajı gerçəkləşdirən M.Döpfner qeyd edib ki, ideal olan ölməzlikdir: “Prinsipcə həkimlər xəstələrin ölməsini istəmirlər, onların həyatlarını qurtarmaq istəyirlər, insanların ömrünü uzatmaq istəyirlər”.
U.Şahin əlavə edib ki, ölümsüzlük ehtimalı azdır, ancaq çox uzun ömürlülük mümkündür”.
Akqabay
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)


















.jpg)
.jpg)

