Sağlamlıq
Baş ağrısının DƏHŞƏTLİ SƏBƏBLƏRİ
Baş ağrısı xəstələri müxtəlif səbəblərdən narahat edə bilər. Səbəbləri aydınlaşdırdıqdan sonra sağlamlıq risklərini azalda bilərsiniz.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ekspertlərin fikrincə, xroniki baş ağrıları qan-damar problemlərinin və beyində insult da daxil olmaqla, bir çox dəyişikliklərin əlamətidir. Yaxud xərçəng, hipertoniya, hətta meningit kimi yoluxucu xəstəliyin göstəricisi ola bilər. Bəzi dərmanların həddindən artıq istifadəsi də baş ağrısına səbəb ola bilər.
“Bu tip epizodik baş ağrısı miqren və ya gərginliyi olan, çox sayda ağrıkəsici qəbul edən insanlarda inkişaf edir”, - Mayo Klinikasının mütəxəssisləri izah edib.
Baş ağrısına pis hava şəraiti də təsir edir. İngiltərənin Milli Səhiyyə Xidmətinə görə, dörd belə fenomen var: toz dumanı, yüksək rütubət, artan temperatur və fırtına. Havadakı dəyişikliklər beyində kimyəvi və elektrik dəyişikliklərinə də səbəb ola bilər.
Alkoqol və ya qəhvə, paxla, qoz-fındıq, avokado, banan, pendir, şokolad, sitrus meyvələri, siyənək, süd məhsulları və soğan kimi qidaların həddindən artıq istifadəsi də baş ağrıları ilə nəticələnir. Hormonal dəyişikliklər, uzun müddət istifadə etdikdən sonra kofeindən imtina və ya yuxu çatışmazlığı da xoşagəlməz hisslər, baş ağrıları yaradır.
Aytən Məftun
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)