Sağlamlıq
Peyvənddən sonra hərarət yüksəlirsə...
İmmunoloq Nikolay Kryuçkov koronavirusa qarşı peyvənddən sonra temperaturun yüksəlməsinin vaksindən sonrakı yeganə mümkün təzahür olmadığını söyləyib.
Publika.az xəbər verir ki, ekspert peyvənddən sonra hərarətin yüksəlməsinin səbəblərindən danışıb.
“İnyeksiya yerində ağrı və qıcıqlanma, bədən istiliyinin artması, ümumi zəiflik və halsızlıq kəskin respirator virus infeksiyalarının (KRVİ) klassik təzahürləri ola bilər. Bütün bu simptomlar qeyri-spesifik immunitetin aktivləşməsi və immun sisteminin bu cür qeyri-spesifik stimullara reaksiya vermə qabiliyyəti ilə əlaqədardır. Lakin bu hallar immun cavabın meydana gəlməsinin aktivliyini birbaşa göstərmir. Peyvənddən sonrakı erkən təzahürlərdən asılı olmayaraq, ikinci dozadan bir neçə həftə sonra sabit antikor səviyyəsi meydana gələcək”, - immunoloq “RİA Novosti”yə müsahibəsində bildirib.
Həkim qeyd edib ki, insanda peyvənddən sonra heç bir problem və ya hərarət olmursa, bu o demək deyil ki, immunitet əmələ gəlməyəcək:
“Digər tərəfdən, bir adam peyvənddən sonrakı 3 gün ərzində 39 dərəcə temperaturda yatırsa, bu, immunitet reaksiyasının daha yüksək olacağını göstərmir”.
Aytən Məftun
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































