Sağlamlıq
COVID-19 peyvəndi immuniteti zəif olanları qoruyurmu?
Avstraliyalı alimlər zəif immunitet sistemi olan insanların iki doz COVID-19 peyvəndi ilə tam qoruna bilməyəcəyi elan edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada immuniteti zəif olan 12 yaşdan yuxarı vətəndaşlardan virusdan tam qorunma əldə etmək üçün üçüncü doz peyvənd vurdurmaları tövsiyə olunub. Yeni növ koronavirusun Delta variantına qarşı mübarizənin davam etdiyi ölkədə peyvəndin üçüncü dozasının gələn həftədən başlanacağı bildirilib.
“Zəif immunitetə sahib olan insanlar peyvəndin üçüncü dozasını qəbul etdikdən sonra da maskalar və sosial məsafə kimi qaydalara əməl etməlidir. Təəssüf ki, iki doza vaksin ümumi əhali ilə eyni immunitet sisteminə malik olmayan insanları qoruya bilməz”, - açıqlamada deyilir.
Avstraliyanın Səhiyyə naziri Qreq Hant immunitet sistemi zəif olan təxminən 500.000 avstraliyalının üçüncü dozada peyvənd vurdurmasını vacib hesab edib.
Aytən Məftun
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































