Sağlamlıq
COVID-19 bu orqanlara da təsir edir
İlk hədəfi ağciyərlər olan koronavirus damarlardan da yan keçmir. COVID-19-un ən əhəmiyyətli yan təsiri damarlarda qan laxtalanması ilə nəticələnməsidir.
Publika.az xəbər verir ki, virusun damarlara təsiri insult, infarkt, beyin zədələnməsi kimi bir sıra problemlərə səbəb olur.
Ürək-damar cərrahı, professor Mustafa Şırlak virusun vurduğu zərəri belə izah edib: "Beyinə gedən damara təsir etdikdə insult, ürək damarına təsir etdikdə infarkt, ağciyər damarına təsir etdikdə ağciyər emboliyası, dəridəki damarlara təsiri isə dərin damar tıxanması kimi problemlərə səbəb olur. Virus arteriyalara təsir etdikdə arterial obstruksiya ilə nəticələnir".
Həkim bildirib ki, koronavirusdan qorunmağın yeganə yolu peyvənddir.
Ürək-damar cərrahı, professor Tankut Akayın sözlərinə görə, COVID-19 laxtalanma üçün böyük risk yaradır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, insanlar qandurulaşdıran dərmanlardan həkim məsləhəti ilə istifadə etməlidirlər.
Mustafa Şırlak mövzu ilə əlaqədar bildirib ki, "Qandurulaşdıran dərmanların yan təsirləri ola bilər. Ən çox qorxduğumuz isə beyin qanaxmasıdır. Ona görə də COVID-19-a yoluxan birinin qandurulaşdıran dərmanlardan dərhal istifadə etməsi doğru deyil".
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO




































.jpg)

.jpg)