Sağlamlıq
Məşhur ürək cərrahı ömrü 7-8 il artırmağın yollarından danışdı
Həftədə bir-iki saat gəzən insanlar oturaq həyat tərzi keçirənlərdən 6-8 il daha çox yaşayırlar.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Bakulev adına Milli Tibbi Tədqiqat Ürək-Damar Cərrahiyyə Mərkəzinin prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Leo Bokeriya danışıb.
Alim “RİA Novosti” agentliyinə müsahibəsində bildirib ki, həftədə iki saat yeriyən insan oturaq həyat tərzi keçirən insandan 6-8 il daha çox yaşayır: "Amerikalıların on milyonlarla insan üzərində apardıqları araşdırmalar göstərib ki, həftədə iki saat yeriyən insan oturaq həyat tərzi keçirən insandan 6-8 il daha çox yaşayır. Bir otaqlı mənzildə yaşasanız belə, gəzin, ayaqlarınızı hərəkət etdirin, bu, artıq fiziki fəaliyyətdir.
Onun sözlərinə görə, belə bir nümunə çox ibrətamizdir. Mütəxəssisin qeyd etdiyi kimi, hətta pandemiya ilə bağlı özünütəcrid də heç bir şəkildə sağlam həyat tərzinin qorunmasına mane ola bilməz. İlk növbədə, bu, düzgün qidalanma və alkoqoldan imtina, eləcə də fiziki fəaliyyətdir. Çox effektivdir, hətta pandemiya belə sağlam həyat tərzi sürməyinizə mane olmamalıdır” , - akademik qeyd edib.
Kişilərdə ürək-damar xəstəliklərinin yaranma səbəblərinə toxuna L.Bokeriya qeyd edib ki, qadın orqanizmi böyük fizioloji stressə hazırdır.
“Qadın bədəni daha yaxşı balanslaşdırılıb. Qadınların hormonal sistemi ilkin olaraq onların doğmaq xüsusiyyətlərinə görə hazırlanır, odur ki, onlaırn ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkmə ehtimalı azdır” , - alim bildirib.
Məşhur hesab edir ki, insanlar 100 il yaşamalıdırlar. Mütəxəs qeyd edib ki, müxtəlif məlumatlara görə, bəzi insanlar 180-ə qədər yaşayıblar, lakin burada dəqiq bir şey söyləmək mümkün deyil: bu insanların doğulduqları tarixin dəqiq olmaması ehtimalı yüksəkdir.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





























.jpg)






.jpg)


